“Övlad sahibi olduqdan sonra xoşbəxt bir evlilik mümkündürmü?

Övlad sahibi olduqdan sonra xoşbəxt bir evlilik mümkündürmü?

Valideyn olmaq evliliyə təxmin etdiyinizdən daha çox təsir edir. Bu təsirin müsbət istiqamətdə olması da sizdən asılıdır.

Ata-ana olduqdan sonra münasibətdə dəyişikliklər baş verir. Uşaqla birlikdə gələn yeni işlər bütün tarazlığı bir anda pozur. Siz istəməsəniz də, bu, münasibətinizin istiqamətini dəyişdirəcək. Bir-birinizə ayırdığınız vaxt azalacaq, birlikdə etdiyiniz şeylərin bəzilərini azaltmalı olacaqsınız. Ancaq bütün bunları müsbət istiqamətdə dəyişdirmək sizin əlinizdədir. Bəli, övlad sahibi olduqdan sonra da xoşbəxt evlilik mümkündür. Amma necə?

Mükəmməli gözləməyin

Sizə uşaqdan sonra evliliyinizin dəyişməyəcəyi deyilsə də, inanmayın. Ata-ana olduqdan sonra münasibətiniz böyük ehtimalla dəyişəcək. Həm yaxşı, həm də pis istiqamətdə. Eyni zamanda nəzərə alın ki, filmlərdə gördüyünüz xoşbəxt ailə tablosu bir gündə yaranmayacaq. Uşaqla birlikdə bəzi problemlər də həyatınıza daxil olacaq. Eviniz dağınıq olacaq, həyat yoldaşınız ilə tək vaxt keçirmək çətinləşəcək, yorğun olacaqsınız. Əvvəlcədən özünüzü bunlara hazırlaşdırın. İlk günlər yaşanacaq problemlərə hazırlıqlı olun.

Tarazlığı qoruyun

Uşaq sahibi olduqdan sonra yaranan ən böyük problemlərdən biri qadının özünü “əvvəl anayam, yoxsa həyat yoldaşı?” dilemması içərisində tapmasıdır. Bu dilemmadan qurtulub tarazlığı qoruma isə evliliyinizin gələcəyi üçün çox vacibdir. Sadəcə münasibətiniz deyil, işiniz, vaxtınız və sosial həyatınız da bir anda ikinci plana düşə bilər. Bütün bunlar vaxt keçdikcə özünüzü çarəsiz hiss etməyinizə, hətta uşağınızı günahlandırmağınıza səbəb ola bilər. Tarazlığı qorumağınız əlbəttə bir az vaxt tələb edəcək, amma bunun öhdəsindən gələ bilməlisiniz. Çünki bütün qadınlar bu gücə sahibdir.

Ünsiyyət qurun

Xoşbəxt bir münasibətə sahib olmağın ilk şərtinin sağlam ünsiyyət qurmaq olduğunu artıq hamımız bilirik. Ancaq xüsusilə də valideyn olduqdan sonra cütlüklər aralarındakı ünsiyyətə diqqət etməlidirlər. Bu müddətdə yaranan problemlərin müzakirə olunmaması münasibətinizə ciddi ziyanlar vura bilər.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!