“Sevgiliniz evlilik haqqında düşünürmü?

Sevgiliniz evlilik haqqında düşünürmü?

Evlilik sözü bir çox kişinin qulağına xoş gəlmir. Bəs sevgiliniz evlilikdən qaçan kişilərdəndirmi? Bu dəfə bunu necə anlaya biləcəyinizdən bəhs edəcəyik.

Evlilik bir çox qadının xəyalıdır, xüsusilə uzunmüddətli bir münasibətiniz varsa. Ancaq qadınların əksinə olaraq kişilər evlilik üçün o qədər də böyük xəyallar qurmur. Hətta alınacaq yeni məsuliyyətlər onlar üçün adətən bir kabusdur. Əlbəttə sevgiliniz üçün bunu etiraf etmək asan deyil, ancaq belə düşünmə ehtimalı da hər zaman var. Bəs siz o möhtəşəm evlilik təklifinin xəyalını qurarkən əslində bunun heç gerçəkləşməyəcəyini necə anlaya bilərsiniz?

Sevgilinizin sizinlə evlənməyə çox da həvəsli olmadığını göstərən işarələr bunlardır.

Sizi manipulyasiya etməyə çalışırmı?

Evlilik bir çox qadın üçün çətin bir mövzudur. Bir tərəfdən evlənməyi istəsə də, bunu sevgilisinə açıq demək qadınlar üçün olduqca çətindir. Evlilik mövzusunda çox istəkli görünmək istəməsəniz də, nə vaxt evlilik mövzusu açılsa, özünüzü israr edərkən görə bilərsiniz. Mövzunu açan siz olmasanız da, söhbətin bir nöqtəsində evliliyi çox istəyirmişsiniz kimi görünə bilərsiniz. Nə qədər güclü, həyatında nə istədiyindən əmin bir qadın olsanız da, partnyorunuzun manipulyasiyası sizi istəmədiyiniz bir vəziyyətə sala bilər. Əgər belə bir vəziyyətdəsinizsə, qarşınızda sizinlə evlənməyi düşünməyən və sizi bu mövzuda manipulyasiya edərək onu məcbur edirmişsiniz kimi hiss etdirən insan ola bilər.

Doğru vaxtı gözləyir?

Partnyorunuz evlilik üçün doğru vaxtı gözlədiyini deyir? Nə qədər məsuliyyətli bir davranışdır, elə deyilmi? Əslində deyil. Çünki bu, sadəcə onların təxirə salma taktikasıdır. “Əvvəlcə bir iş tapım”, “Bir az pul yığım”, “Ev almamış evlənə bilmərik”, “Ailəvi problemlərimiz var, həll etdikdən sonra səni tanış edərəm” kimi cümlələr məntiqli görünsələr də, bir az da yalandır. Çünki həqiqətən yetkin insanlar hər şeyin heç vaxt mükəmməl olmayacağını bilirlər. Həmçinin, hər şeyi birlikdə düzəldə biləcəyinizi də.

Sınamaq üçün vaxt istəyir?

Evlənmək istəyən bir kişi evlənmə təklifi edər, birlikdə yaşamağı deyil. Əgər sınamağı təklif edirsə, niyyətini bilmək lazımdır. Bəlkə də, ağlında evliliyi gündəmdən salmaq düşüncəsi var. Bu sınama illərlə çəkə bilər.

Dəqiq bir tarix vermir?

Təəssüf ki, kişilər təkqaş üzük hədiyyə etməyin ən asan təxirə salma taktikası olduğunun artıq fərqinə varıblar. Gözəl bir təkqaşla edilmiş mükəmməl bir evlilik təklifi hər zaman sizinlə həmin dəqiqə evlənmək istədiyini göstərmir. Xüsusilə, bu təklifin üstündən aylar keçməsinə baxmayaraq hələ də toyun tarixini müəyyənləşdirməyə çalışmırsa, nə zaman toyu planlaşdırmağa çalışsanız, bir az nişanlılığın dadını çıxarmaq istədiyini eşidirsinizsə, diqqətli olmağınızda fayda var.

Gələcək planlarında siz yoxsunuz?

Əlbəttə hər cütlük birlikdə gələcək xəyalı qurur. Hətta gerçəkləşməyəcəyini bilsələr də, bunu edə bilərlər. Ancaq arada fərqində olmadan qurulan bəzi cümlələr bu xəyallardan daha vacib ola bilər. “Gələcəkdə başqa ölkədə yaşamağı düşünürəm”, ya da “iki uşağım olsun istəyirəm” kimi cümlələr əslində sizinlə gələcək düşünmədiyinin göstəricisi ola bilər. Çünki bu cümlələrdə sizə yox, yalnız özünə aid bir gələcəkdən bəhs edir. Bəlkə özünün belə fərqində olmadan sizinlə münasibətinin evliliyə getməyəcəyindən əmin olub.

Ailələr ilə arası pisdir?

Sizin ailəniz bir yana, öz ailəsi ilə də görüşməkdən qaçan, ailə yeməklərində iştirak etməmək üçün müxtəlif bəhanələr uyduran bir insanın həqiqətən sizinlə ailə qura biləcəyinə inanırsınız? Problemli bir ailədən çıxan insanın ailə qurma fikrinə çox da yaxşı baxmayacağı bəllidir.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!