Mütəxəssislər sağlam qidalanmanın hamilə qalmağı 80% asanlaşdırdığını deyir. Hansı qidalar hamilə qalmağı asanlaşdırır? Hamiləlik dövründə Fol turşusunun olduğu qidalar, dəmir, sink və kalsium bol olan və lifli qidalar hamilə qalmağı asanlaşdırır.
Kərə yağı - bol dəmir mənbəyidir, bədənin müqavimətini artırır və hormanları işlədir.
Armud - bütün ifrazat vəzilərini işlətmə funksiyasına sahibdir.
Gül kələmi - tərkibi E vitamini ilə zəngindir və cinsiyyət hormonunun gücünü artırır.
Kələm – çiy yeyiləndə daha faydalıdır. Vitaminlərlə zəngin tərəvəzdir.
Kök – menstruasiyanı nizamlayır, bir yandan da dayanıqlılığı artırır.
Sarımsaq – ifrazat vəzilərini işlədir və bədəni təmizləyir.
Mərci- ruh düşkünlüyünün qarısını alır və dölün ana bətnində güclü olmasını təmin edir.
Kərəviz – cinsiyyət orqanının fəaliyyətini artırır və ifrazat vəzilərini işlədir.
Uskumbriya, qızıl balıq kimi Omeqa 3-lə zəngin balıq yağları hamiləlik dövrüdə mütləqdir.
Hamilə qalmağa əks-təsir göstərən qidalar hansılardır?
Hamilə qalmağa kömək olan qidaları qəbul etməklə bərabər, yan təsir göstərən qidaları bir müddətlik həyatınızdan çıxartmalısınız.
Zülal ehtiyacınızı bitki mənşəli ərzaqlardan qarşılamalısınız. Heyvan ətini az-az yeməyiniz məsləhət görülür. Müşahidələr nəticəsində deyilənlərə əsasən heyvan ətindən əldə olunan zülal 39% qadınlarda yumurtalıqlarının səmərəli fəaliyyətini aşağı salır.
Ağ düyü, kartof, ağ çörək kimi sadə karbohidratları, qara düyü, qara çörək, buğda unu ilə dəyişdirməyiniz məsləhətdir.