“Makiyajda yeni trend “Ombre dodaqlar”

Makiyajda yeni trend “Ombre dodaqlar”

"Ombre" sözünün mənası kölgəli deməkdir. Bu termini daha çox saç boyanmasında və manikürdə eşitmişik. Biz isə bu gün dodaqlarda ombre üsulundan istifadə etmək barədə yazmışıq. Daha çox xarici məşhurların istifadə etdiyi ombre dodaq makiyaji son zamanlarda hər kəs tərəfindən geniş istifadə olunmağa başlayıb. İstər gündəlik həyatınızda, istərsə də toy, nişan və digər ziyafətlərdə bu makiyaj üsulundan rahatlıqla istifadə edə bilərsiniz. İndi gəlin bu cür dodaq makiyajının necə edildiyini öyrənək.

1-ci addım: Çərçivələmək

İlk olaraq dodağınızın qırağını kölgə etmək istədiyimiz rəngdə dodaq qələmiylə çərçivələyin. Bu zaman düz cizgi çəkmək elə də vacib deyil, çünki bir az dağınıq halda çəksəniz, daha təbii bir görünüş əldə etmiş olarsınız.

2-ci addım: Pomada çəkmək

Pomadanı həmişəki kimi çəkirik. Rəsm boyayırmış kimi cizginin içini doldururuq.

3-cü addım: İç tərəflərinə də qələm çəkmək

Dodağın iç tərəflərinə də qələmi dağınıq şəkildə çəkirik. Pomada ilə qarışması üçün də kist ilə yayırıq.

4-cü addım: Konsiler çəkmək

Üst dodağın ortasına bir az konsiler çəkirik. Alt hissəyə özü yayılacağı üçün ora çəkməyə ehtiyac yoxdur.

5-ci addım: Konsilerlə çərçivələmək

Daha yaxşı bir görünüş üçün dodağın kənarlarını konsilerle çərçivələyin. Beləliklə, həm qüsurları örtmüş olacaq, həm də dodaqlarınızın daha dolğun görünməsinə nail olacaqsınız.

6-cı addım: Parlaq pomada çəkmək

Son olaraq daha cazibədar və cəlbedici görünüş üçün parlaq və şəffaf pomada çəkilir. Bu da istəyə bağlıdır. Parıltılı görünməsini istəməyənlər çəkməyə bilərlər.

Əgər siz də ən yeni makiyaj trendi olan ombre dodaq makiyajından istifadə etmək istəyirsinizsə, bu üsulları evdə tətbiq etməklə buna asanlıqla nail ola bilərsiniz.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!