“Bu ilin dəbi: Ağ palto

Bu ilin dəbi: Ağ palto

  • 11.12.2015

  • Moda
  • 3816

Əsasən qış aylarında ağ rəngdə üst geyimləri seçilmir. Ancaq bu il hər yer ağa bürünəcək. 2016-cı il öz saflığı və təmizliyi ilə gəlir.

Soyuq hava artıq qapımızı döyüb və yeni ilə də az qalıb. Bu ilin trendlərini izləyənlər və yeni ilə yeni geyimlər almaq istəyənlər üçün bu ilin palto trendini açıqlayırıq. Hər il olduğu kimi bu il də bəzi xanımlar trenddən uzaq qalaraq özlərinə yaraşanı almağı üstün tutacaqlar. Bəziləri isə ağ rəng tez çirklənir, ona qulluq etmək çətindir deyə ağ rəgdən uzaqlaşacaqlar.

2015-2016 payız-qış kolleksiyasında ağ rəng öz sözünü deyir. Topuğa və dizə qədər olan palto modellərində demək olar ki, hər üç paltodan ikisi ağ rəngdədir. Celine, Dolce & Gabbana, Donna Karan, Tod’s və Fendi də öz kolleksiyalarında ağ rəngə üstünlük verib.

Dümağ rənglə bərabər krem rəngini də bu il çox görəcəksiniz. Bu il qabarıq, incə və uzun modellər ön plandadır. Əsasən incə və uzun ağ rəngli palto modelləri Azərbaycan xanımlarına çox gözəl yaraşacaq. Qışda ağ rəng geyinmərəm bəhanələrinə, 2016 son qoydu və bundan sonra bütün dəbli xanımların qarderobunda ağ rəngli palto və xəzlərə rast gəlmək mümkün olacaq.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!