“Qışda bədəni isti saxlamaq üçün nə etməli

Qışda bədəni isti saxlamaq üçün nə etməli

Qışda necə isinmək olar?
Qış deyəndə ağlımıza ilk olaraq qar topu oynamaq, xizəklə sürüşmək gəlir. Ancaq qışda üşüməmək və xəstələnməmək üçün aşağıdakı tədbirləri qabaqcadan nəzərə almalıyıq:

İsti geyinin
Papaq və ya şal istifadə edin, başınızı, boyun və qulaqlarınızı yaxşı bir şəkildə qapalı tutun. Barmaq hissəsi bütün olan əlcəklər geyinin.

Tərləməyin
Sizi tərlədə biləcək fəaliyyətlərdən uzaqlaşın. Tərdən islanmış geyimlər və soyuq hava cütlüyü sıxıntıya səbəb olur.

Qat-qat geyinin
Bir-birinin üstündən yumşaq, ancaq qat-qat paltar geyinmək, tək qat qalın bir geyimdən daha çox qoruyucudur. Paltonuz və ya pencəyinizin suya dayanıqlı və möhkəm toxunmuş parçadan olmasına diqqət göstərin.

İslanmayın
Mümkün olduqca islanmamağa və quru qalmağa diqqət göstərin. Qarın dola biləcəyi çəkmə boğazları və paltar yaxaları kimi hissələrinə nəzarət edin.

Spirtli içki qəbul etməyin
Spirt bədəninizi olduğundan daha isti hiss etmənizə gətirib çıxarar və bədənin istiliyi içəridə tutma bacarığını azaldar.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!