Kişilər, adətən, onları məhdudlaşdıran, etmək istədikləri şeylərə qarışan qadınlardan bezir. Sevdiklərinin onlarla səmimi rəftar etməsini sevirlər. Onların yanında rahat olmaq kişilər üçün vacibdir.
- Sevgiliniz çox danışmağı xoşlamayan və sakit bir insandırsa, tez-tez onun üstünə düşüb, bezdirməyin. Mütəxəssislər belə rəftar etməyin onlara yaxşılıq etmək mənasına gəlmədiyini, kişilərin qadınlar qədər çox danışmağı sevmədiyini bildirir.
- Ola bilər ki, onu çox sevirsiniz və maraqlanırsınız və ya təklikdən bezmisiniz amma bu o demək deyil ki, ona gündə 10 dəfə zəng vurmalısınız. Xüsusilə o, işdə olarkən dəqiqə başı ona zəng vurmağınız onu narahat edə bilər.
- Hesabı adətən kişilər ödəyir. Ancaq qoyun o bunu öz içindən gəldiyi üçün etsin. Əgər hər dəfə hesab ödəməyi ona həvalə etsəniz, özlərini istifadə olunmuş kimi hiss edə bilərlər. Arada siz də hesabı ödəməyi təklif edin.
- Kişilər göz yaşlarına dözə bilmirlər və heç bir kişi qadını ağlatmaq istəməz. Ancaq hər şeyə ağlasanız, sizinlə səmimi danışa bilməyəcək və demək istədiklərini deməyəcək. Belə vaxtlarda kişilər hətta yalan da danışa bilərlər. Onların nə zaman yalan danışdığını asanlıqla anlamaq üçün Kişilər nə vaxt yalan danışa bilər? - başlıqlı məqaləmizi də oxuya bilərsiniz.
- Kişilərin daim içlərindən gəldiyi kimi hərəkət etməyi sevdiyinə və sürprizlərlə dolu bir həyat istədiyinə diqqət çəkən mütəxəssislər: “Siz birlikdə olacağınız axşamın planlamasını əvvəlcədən etsəniz, kişilər çox sevdikləri sürprizləri yaşaya bilməzlər. Çox üstlərinə düşsəniz, hərəkətlərinin məhdudlaşdırıldığını düşünərlər. Cütlüklərin ən çox dalaşdığı mövzulardan biri də elə budur. Planlama xasiyyətinizdən əl çəkə bilmirsinizsə, heç olmasa ona təklif verin, əmr etməyin. Beləcə ona da söz haqqı verdiyinizi düşünər və narahat olmaz” deyir.