“13 rəqəminin sirri

13 rəqəminin sirri

13 rəqəmi illər ərzində bir çox mənalar kəsb etmişdir. Bəzi insanlar üçün uğursuz, bəzi insanlar üçün uğurlu hesab edilir. Ancaq ən çox 13 rəqəminin uğursuz rəqəm olmasına dair söz-söhbətlər yayılıb. Misal üçün, bəzi xarici ölkələrdə heç kimin qapı nömrəsi 13 deyildir, bəzi təyyarələrdə 13 nömrəli oturacaq mövcut deyildir.

İnancın mənşəyi qədim mifik tanrıların yaşadığına inanılan dövrlərə əsaslanır. Əfsanəyə görə işıq, sevinc, saflıq, məsumiyyət, sülh və gözəllik tanrısı Balder, Skandinaviya torpaqlarında o zamanlarda bir ziyafət verir. Balder vikinqlərin məşhur tanrısı Odin ilə Frigganınn oğulları olub, ay kraliçası Nannanın da həyat yoldaşıdır. Bu ziyafətə 12 adam qonaq dəvətli olduğu halda, pis əməllərin tanrısı Loki, qonaq olmadığı halda, zorla 13-cü dəvətli olaraq qatılmaq istəyir. Ancaq bu arada çıxan mübahisədə, Loki digər tanrılar tərəfindən də çox sevilən Balderi öldürür. 13 ədədinin nəhs olması bununla əsaslandırılır..

Bənzər bir vəziyyət Xristian cəmiyyətində Hz. İsanın son yeməyində baş verir. Balderin yerini Hz. İsa, Lokinin yerini də xain Judas alır. Bu yemək də 13 nəfərdən ibarət olur və yeməkdən 24 saat sonra Hz. İsa çarmıxa çəkilərək öldürülür. Beləcə, Xristianlarda da 13 rəqəminin nəhs olması inancı meydana gəlir. Xristianlar o gündən sonra axşam yeməyində 13 adam bir araya gəlirsə, onlardan birinin başına bir fəlakət gələcəyinə inanırlar. Bu inanclara görə 13 ədədi uğursuzdur. Ayın 13-ü cümə gününə rast gələrsə, o günə nikah tarixi almazlar. İnsanlar doğumlarını, toylarını o günə təsadüf gətirməməyə çalışırlar.

Belə ki, bu inanca o qədər inanılıb ki, bir növ fobiya, yəni bir növ qorxu xəstəliyi olaraq qəbul edilmişdir. Ədəbiyyata bu 'triskaidekaphobia' olaraq keçmişdir.

İslam Dünyası isə 13 ədədinə əhəmiyyət verir.
Peyğəmbərimiz Hz. Məhəmmədin (s.a.a) doğum tarixi 571-dir və bu ədədlərin cəmi 13 edir.
13 ədədi Allah sözünün ərəbcə yazılışını bizə işarə edir. (1 və 3 rəqəmi ağzı yuxarı yazılması)
13 rəqəmi: Ağıllı, yeniliyə açıq, tədqiqatçı, ixtiraçı mənasına gəlir.
13 rəqəmi bir idmançının uğuruna işarədir. İdmançının 1 dəqiqə ərzində rinqə çıxması, bir dəqiqə ərzində rəqibi ilə salamlaşması və 1 dəqiqə ərzində rəqibini nakaut etməsi, geridə qalan 10 saniyə isə hakimin qalibi bəlli etməsi üçün saydığı 10 saniyədir.
Boş-boş inanclara qapılıb özəl günlərinizi təxirə salmayın və unutmayın ki, nədən qorxub çəkiniriksə, qorxularımız üstümüzə gəlir. 


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!