Hisslərinizdə baş verən dəyişikliklər, stress və fikir bədəninizin bəzi hissələriylə əlaqəlidir. Buna görə də bədəniniz duyğu halınızdan təsirlənir. Fərqinə varmadığımız bu hal bədənimizdə bəzi xəstəlik və problemlərə səbəb olur.
Xarakteriniz bədəninizin bəzi hissələrində öz əksini tapır. Məsələn, yeniliklərə qarşı qapalı və inadkar insanlarda əsasən boyun ağrıları meydana gəlir.
Əgər məsuliyyət hissi güclü olan bir insansınızsa, çiyin ağrısından daha çox şikayətlənirsiniz deməkdir. Belə ki, işlərin ağırlığı çiyinlərinizin üzərinə düşür.
Onurğamız həyatımızın bel sümüyünü əmələ gətirir. Sevgi, günahkarlıq, qorxu həmişə bu hissədə əksini tapır. Ruh halınız yaxşı olmadığında kürəklərdə ağrı artır.
Günahkarlıq və keçmişə bağlılıq kürəyin tam ortasında ağrı ilə özünü büruzə verir.
Bel ağrısı isə iqtisadi problemlərlə əlaqəlidir.
Dövrün ən böyük problemlərindən biri olan stress əzələlər və oynaqlarla yanaşı, daxili orqanlarımıza da təsir göstərir. Stressdən həmçinin bir çox insanın mədəsində sancılar yaranır, iştahına təsir edir, nəfəs alıb-verməsi dəyişir və duyğu halında dəyişikliklər əmələ gəlir. Bütün bunlar da stressin qan dövranı və hormonal sistem üzərindəki təsirindən qaynaqlanır.