Hər səhər 15 dəqiqənizi o gün etməli olduğunuz şeyləri planlamağa ayırın. Əgər səhərlər buna uyğun deyilsə, axşamlar növbəti günün planını edin. Hər zaman addım-addım irəliləyin.
Planlarınızı müəyyən zaman aralıqlarında nəzərdən keçirməyi vərdiş halına gətirin. Zaman-zaman prioritetləriniz dəyişə bilər. Beləcə, qiymətli vaxtı prioritet olmayan işlərə xərcləməkdən xilas olarsınız.
Söz uçar, yazı qalar. Mütləq bir gündəlik istifadə edin. Planlarınızı və etməyiniz lazım olanları bu gündəliyə yazın və o gün içərisində gerçəkləşdirdiklərinizin yanına işarə qoyun.
İş yerində diqqətinizi dağıda biləcək şeylərdən uzaq durun. Məsələn, masanız bir küçəyə baxırsa və gün içərisində diqqət dağıdan hadisələrə şahid olursunuzsa, bu, gərəksiz bir zaman itkisinə yol aça bilər. Yerinizi dəyişdirin. Masanızın üzərində işinizlə əlaqədar olmayan şeyləri də atın.
Bu gün nə etsəm, məni hədəfimə daha tez yaxınlaşdırar? Bu sualı gün içərisində özünüzə 100 dəfə verin!
Eyni anda birdən çox iş görənlərə etimad etməyin. Eyni anda tək bir işə fokuslanıb, o işi bitirməyə çalışın.
Öz qərarlarınıza güvənin. Əgər bir işin sizin düşündüyünüz üsulla daha qısa zamanda həll ediləcəyinə inanırsınızsa, öz planınızı edin. Başqalarının təkliflərini yerinə yetirməklə vaxt itirməyin.