“Dırnaq yemə asılılığının səbəbkarı nədir?

Dırnaq yemə asılılığının səbəbkarı nədir?

Dırnaq yemək hansı insanlarda daha çox rast gəlinən bir asılılıqdır? Hansı dərəcədə dırnaq yemək vərdişi ciddi psixoloji problemin göstəricisidir?

Dırnaq yemək vərdişi, digər adı ilə onikofagiya dırnağı daim ağıza aparmaqdan başlayaraq qanadanadək dırnaq yeməyə qədər gedən bir vəziyyətdir.

Orta səviyyədə olan dırnaq yemə vərdişi dırnaqtutana ehtiyac olmayacaq şəkildə, dişlərlə dırnaqlarını sabit bir qısalıqda saxlaya bilmək olaraq izah olunur. Orta səviyyədə dırnaq yemə vərdişi olanlar barmağını sormaq, ayağını titrətmək, öz-özünə gülmək, yerində rahat otura bilməmək, göz səyirməsi, saçı əli ilə burmaq kimi vərdişlər ilə eyni sıradandır.

Daha ciddi dırnaq yemək vərdişi isə dırnağın ağ üst hissəsindən geriyə doğru, yumşaq dəri ortaya çıxanadək yeməkdir. Bu dərəcədə dırnaq yemək dırnağın tamamilə kiçilənədək yeyilməsi ilə nəticələnə bilər. Bu halda dırnaq yemək fiziki deformasiya meydana çıxardığı üçün şəxsin özünə zərər verməsi kimi açıqlana bilər.

Aparılan araşdırmalar dırnaq yeməyin səbəbinin stress və həyəcan yaradan hallara məruz qalmaqla əlaqəli olduğunu aşkarlamışdır. Dırnaq yemək çox vaxt kosmetik bir problem kimi qəbul olunsa da, bu vərdiş psixolojidir və mütləq müalicə üçün psixoloqa müraciət etmək lazımdır. Psixoterapiya problemi həll edəcəkdir. Ancaq vəziyyətin ciddiliyindən asılı olaraq mütəxəssis lazım bildiyi təqdirdə bir psixiatr ilə məsləhətləşərək, dərman ilə müalicəni də məsləhət görə bilər.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!