Bəzən sosial şəbəkələrdə və normal həyatımızda etdiyimiz hərəkətlər biz fərqində olmasaq da, pis görünməyimizə səbəb ola bilir.
Davamlı olaraq şikayət etmək
İnsanlar bəzən çevrəsindəkilər üçün həyatı olduqca cansıxıcı hala gətirir. Çünki xroniki şikayətçiləri xoşbəxt edəcək heç bir şey yoxdur. Şikayət etməkdən əl çəkib, həyatınıza davam edin.
Bəzi şeylər gizli qalmalıdır
Sosial şəbəkə paylaşımlarında və dost söhbətlərində bəzən səmimiyyətin dozasını qaçırıb, həyatımızın həddindən artıq şəxsi olan detallarını açıqlaya bilirik. Belə edərək qarşınızdakının ürəyini sıxa bilərsiniz.
Facebookda həddindən çox şəkil paylaşmaq
Aparılan araşdırmalar facebookda çox şəkil paylaşan insanların dostları və qohumları tərəfindən antipatiya yaradan insan kimi göründüyünü göstərir. Facebookda gündə 10 şəkil paylaşmaqdansa, 1 dəfə, o anda olduğunuz yerdən və ya görüşdüyünüz insanlarla paylaşımlar edin.
Özünüzü çox tərifləməyin
Sosial şəbəkələr vasitəsilə özünü tərifləməyi sevən insanlar dəqiq antipatiya yaradır. Açıq aydın özünüzü tərifləməsəniz də, dolayı üsullarla edilən şeylər də pis görünməyinizə səbəb ola bilər.