“Fəsil dəyişikliklərində bunlara diqqət edin!

Fəsil dəyişikliklərində bunlara diqqət edin!

Fəsil keçidləri zamanı meydana gələn ani istilik dəyişiklikləri bədənimizin qorunma mexanizmini zəiflədir. Bəs fəsil dəyişikliklərində nələrə diqqət etməli? Ətraflı yazımızda!

İnsan bədəninə və sağlamlığına təsir göstərən ən vacib şeylərdən biri isti-soyuq dəyişiklikləridir. Ani dəyişən temperatur və qısa müddətli istilik fərqləri bədənin fəsil dəyişikliyinə öyrəşməsinə mənfi təsir göstərir. Bu hal bədənin stressə girməsinə yol açaraq, müdafiə mexanizmində zəifləmə yaradır və bəzi xəstəliklərin meydana gəlməsini asanlaşdırır.

Ürək, təzyiq, şəkər xəstələri qripə diqqət etməlidir.

Fəsil dəyişikliklərində bədənin müqavimətinin azalması nəticəsində qripə yoluxmalara daha çox rast gəlinir. Qrip virusu bir çox insana təsir etməklə yanaşı xüsusilə xroniki xəstəliyi olan insanlar üçün daha böyük riskdir. Qrip ürək xəstəliyi, təzyiq, şəkər kimi xroniki xəstəlikləri olan insanlarda daha tez inkişaf edərək pnevmoniyaya çevrilə, pnevmoniya isə ağırlaşaraq ölümə gətirib çıxara bilər. Bu səbəbdən də xroniki xəstəliyi olan insanların fəsil dəyişiklikləri zamanı özlərinə qarşı daha diqqətli olması vacibdir.

Tez-tez dəyişən temperatur depressiyaya səbəb ola bilər.

Çöldəki istiliyi hiss etmək hər insanda fərqli təsirlər yarada bilər. Fizioloji səbəblərdən psixoloji təsirlənmə hər insanda tamam fərqli olur. Tez-tez dəyişən istilik və nəm səviyyəsi insanlarda yuxusuzluq, halsızlıq, yorğunluq və depressiya yarada bilər. Psixoloji və hormonal tarazlıq da pozula bilər.

İş həyatına da təsir edir.

Fəsil dəyişikliyi insanın depressiyaya girməsini də asanlaşdıra bilər. Fəsil dəyişikliyi ilə bağlı yaranan depressiya insandan insana fərqlilik göstərir. Bəzi insanlarda daha yüngül keçən bu hal, bəzi insanların daha depressiv hal almasına səbəb ola bilər. Xüsusilə iş və şəxsi həyatda sıxıntı keçirməyə səbəb olacaq hallara belə yol aça bilər.

Ofis mühitində və ya fiziki aktivlik tələb edən işlərdə işləyən insanlar üçün də eyni vəziyyət keçərlidir. Bu insanlar, adətən, yataqdan yorğun qalxırlar. Fəsil dəyişikliyi səbəbindən yaranan daxili sıxıntı və bədbəxtlik hissi iş həyatında adaptasiya çətinliyi, enerji azalması və diqqət dağınıqlığına səbəb olur. Sürətli və stresli həyat şərtləri də buna təsir göstərir.

Bəs nə etməli?

Davamlı şəkildə idmanla məşğul olmaq immun sistemini gücləndirir. Fəsil dəyişikliklərini rahat keçirmək üçün bəzi tədbirlər görülə bilər. Xüsusilə qidalanma və yuxu rejiminə diqqət edilməlidir. Vitamin və mineral baxımından zəngin qidalar yeyilməlidir. Bol su içilməlidir, siqaret və alkoqoldan uzaq durulmalıdır. Əgər qapalı bir məkanda uzun müddət qalmalısınızsa, olduğunuz yerin təmiz olduğundan və yaxşı havalandırıldığından əmin olun. Stressə səbəb olan hallardan qaçın. 


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!