“İçinizdəki xoşbəxtliyi tapmağınıza kömək edəcək məsləhətlər.

İçinizdəki xoşbəxtliyi tapmağınıza kömək edəcək məsləhətlər.

“Elephant Journal”ın yazıçısı olan Chris Grosso “Thich Nhat Hanh” təlimlərinin həyatını necə dəyişdirdiyindən danışıb.

“Thich Nhat Hanh” təlimləri qab yumaqdan mandarin yeməyə qədər hər bir anın və ən bəsit hadisənin daha böyük mənlik anlayışına və xoşbəxtliyə yaxınlaşma fürsəti verdiyini vurğulayır. Dünyanın məşhur jurnallarından olan “Elephant Journal”ın yazıçısı 7 bəsit addımda bu təlimlərin onun həyatını necə dəyişdirdiyindən bəhs edib. Başqalarında da bu üsulların işə yarayacağını düşünərək onları jurnalda yazan Chris Grosso-nun yazısını sizlərə təqdim edirik.

Chris Grosso-nun yazısı:

“Hanh-ın dediyi kimi, vacib olan sözlər deyil. Bizim bağlılığımız və niyyətimiz daha əvvəl gəlir. Bunlar çox bəsit, hər zaman, hər yerdə və bütün hallarda tətbiq edilə biləcək üsullardır.

- Nə vaxt mənfi düşüncələrin və hisslərin sizi ələ keçirməyə başladığını hiss etsəniz, onları yox saymaq və ya düşünmək üçün təxirə salmaq yerinə, onları tanıyın, qəbul edin və onlar ilə qürur duyun.

- Hansı düşüncənin sizi narahat etdiyini taparaq, bu mövzuda mümkün qədər açıq olun. Özünüzü günahlandırmağınıza səbəb olan düşüncələr, pis xatirələr, yoxsa gələcək barədə narahatlıq? Hər düşüncə sizi narahat edə bilər.

- Düşüncələrinizi dedikdən sonra içinizdə oyanan hissləri müəyyən edin. Necə hiss edirsiniz? Ürəyiniz sıxılır? Ürəyiniz bulanır, yoxsa başınız ağrıyır?

- Hisslərinizi və düşüncələrinizi açıqca müəyyən etdikdən sonra gözlərinizi yumun və ağlınızda yaratdığınız görüntünü xəyal etməyə başlayın. Düşüncələr və hisslər rəngləri, yoxsa fiqurları yaradır? Konkretdirlər, yoxsa mücərrəd? Burda vacib olan düşüncələrinizin və hisslərinizin bu görüntünü azad bir şəkildə yaratmasına icazə verməkdir.

- Nəfəs alın. Yolun yarısına gəldik və ilk yarını bitirdiyiniz üçün təbrik edirəm. Biz adətən narahatedici düşüncələri və hissləri unutmağa çalışırıq. Adətən, onları sonra düşünəcəyimizi deyirik. Amma o “sonra” heç vaxt gəlmir. Ona görə də vaxt ayıraraq onların nə olduğunu anlamaq böyük bir addımdır. İndi isə gözəl şeylərin başladığı yerə gəldik.

- Bu addım hər şeyin dəyişməyə başladığı nöqtədir. İndi özünüzü bir ananın yeni dünyaya gəlmiş körpəsini tutduğu kimi xəyalınızda canlandırdığınız görüntünü tutduğunuzu xəyal edin. Sizi incidən düşüncə və hisslərinizi beləcə sevgi ilə qucaqladığınızı xəyalınızda canlandırın.

- Digər addımda isə yüksək səslə bu görüntüyə onun orada olduğunu bildiyinizi və o getməyə hazır olanadək onunla maraqlanacağınızı deyin. Bu sözləri ürəyinizin ən dərin nöqtəsindən deməyə çalışın.

Təlim bundan ibarətdir. Həqiqətən bu qədər sadə və həyatımda yaratdığı möhtəşəm nəticələrə görə Thich Nhat Hanh-a minnətdar olacağam.”


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!