Düşünmə qabiliyyəti
Mütaliənin ən vacib amillərdən biri onun düşünmə qabiliyyətinə təsiridir. Mütaliə zamanı insanın düşüncəsi çox yaxşı inkişaf edir, xüsusilə əgər siz hər gün oxuyursunuzsa. Mütaliə niyə düşünmə qabiliyyətini inkişaf etdirir? Yəqin ona görə ki, mütaliə vaxtı biz, əsasən, əsərin ideyasını anlamağa çalışaraq, həddindən artıq düşünürük.
Stress
Mütaliə şübhəsiz ki, adamı stressdən azad edir. Bu müasir dünyada xüsusilə əhəmiyyətlidir. Çünki insanların bir çoxu stressdən əziyyət çəkir. "Fantastika" janrı yuxudan əvvəl sakitləşməyə xüsusilə kömək edir.
Söz ehtiyatı
Kitab oxumaq insanın söz ehtiyatını inkişaf etdirir, artırır. Xüsusilə əgər siz müxtəlif janrlarda kitablar oxuyursunuzsa, bu, daha sürətlə baş verir. Axı kitablarda rast gəldiyimiz sözlərə, söz birləşmələrinə gündəlik həyatımızda rast gəlmirik.
Beyni müdafiə edir
Mütaliə bizim beynimizi müdafiə edir. Onu müxtəlif xəstəliklərdən qoruyur. Çünki oxuma zamanı onun fəallığı daha da yüksəlir, bu da, onun vəziyyətinə çox yaxşı təsir edir.
Əminlik
Kitab oxumaq adamı özünə əmin edir. Söhbət zamanı kitab oxumuş adam öz biliklərini nümayiş etdirməyə çalışır, bu zaman onun özünə əminliyi daha da artır. Bu, ətraf mühitin də səni tanımasına, hörmət etməsinə şərait yaradır ki, adamın özünə münasibətinə kəskin təsir edir.