Əgər maşın sürməklə bağlı bir probleminiz varsa, əmin olun ki, bu mövzuda tək deyilsiniz. Bu qorxu bir çox insanın gündəlik həyatına mənfi istiqamətdə təsir edir. Maşınlar və maşın sürmə ilə bir çox fərqli qorxu növləri var. Ancaq bunların hamısı müalicə oluna bilən qorxulardır. Maşın sürmək qorxusundan bir dəfəlik xilas olmaq mümkündür.
Ən çox rast gəlinən maşın sürmə qorxuları hansılardır?
- Maşının içində olmaq qorxusu
- Bilmədiyi yollardan, gecə maşın sürməkdən və körpülərin üstündən keçərkən qorxmaq
- Digər sürücülərin maşınlarının idarəsini itirməsindən qorxmaq
- Maşın sürərkən panik atak yaşamaqdan qorxmaq
- Başqasının idarə etdiyi maşınlara minməkdən qorxmaq
- Dar yollarda və pis hava şəraitində maşın sürməkdən qorxmaq
Bəs bu qorxunun öhdəsindən necə gəlmək olar?
Şüuraltı düşünmə dövrlərinin üzərində işləmək üçün ən uyğun üsullardan biri hipnoterapiyadır. Hipnoterapiya vasitəsilə şüuraltı zehninizlə əlaqə yarada bilərsiniz. Müalicə müddətində həm birbaşa, həm də dolayı üsullar ilə nəqliyyat qorxusu yaşayan insanların düşüncə qəliblərində köklü dəyişikliklər etmək mümkündür. Bu da hipnoterapiya üçün olduqca asan bir nəticədir.