Özünüzü həvəssiz hiss edirsinizsə, indi hərəkətə keçməyin əsl vaxtıdır!
1. Günə tez başlayın.
Bu sözü çox yerdən eşitmiş olsanız da, heç də boş bir məsləhət deyil. Günə nə qədər erkən başlasanız, o qədər çox vaxtınız olar.
2. Gördüyünüz işi niyə etməli olduğunuzu xatırlayın.
Bu işə başlayarkən hansı hədəflərlə başladığınızı xatırlamağa çalışın və həvəsdən düşməyin.
3. Böyük hədəfləriniz olsun.
Ona çatmaq üçün gecə-gündüz yorulmadan işləyə biləcəyiniz bir hədəfiniz olsun. Hər gün o hədəfə çatmaq üçün nələrsə edin.
4. Kiçik hədəfləriniz olsun.
Böyük hədəflərə çatmaq üçün onu bir neçə kiçik hədəf halında mərhələlərə bölün. Bu halda böyük bir hədəfə çatmaq daha asan olacaqdır.
5. Səliqəli olun.
Yaşadığınız ev, iş mühitiniz və ya iş yeriniz nə qədər təmiz və səliqəlidirsə, motivasiyanız da bir o qədər yüksək olar.
6. Qorxulardan və neqativ düşüncələrdən uzaq olun.
Hər şeyin yaxşı olacağına, uğur qazanacağınıza inanın.
7. Özünüzlə tək qalın.
Bəzən tək qalmaq, bir az özümüzə vaxt ayırmaq və kiçik istirahətlər qəbul etmək lazımdır. Bunu unutmayın.
8. Etmək istədiklərinizi yazın.
Özünüzü üç il sonra harada görmək istədiyinizi, necə bir evdə yaşamaq istədiyinizi yazın.
9. Uğurun növbəti uğuru gətirəcəyini unutmayın.
Bir şeydə uğur qazandığınız zaman buna ara vermədən davam edin. Bir şeyi bacardığınızı görmək öz motivasiyanızı artıran əsas şeylərdən biridir.
10. Etdiyiniz hər işi əyləncəli hala gətirin.
Həyatda bir şeyi istəksiz etməkdən daha sıxıcı ikinci bir şey ola bilməz. Çalışın ki, gördüyünüz hər bir işi özünüz üçün maraqlı və əyləncəli hala gətirəsiniz.