“Mövsümi depressiya və əlamətləri

Mövsümi depressiya və əlamətləri

Mövsüm dəyişikliklərində kefsizliyə səbəb olan mövsümi depressiya əlamətlərini, müalicə üsullarını bu yazımızda diqqətinizə çatdıracağıq.

Ən az ardıcıl iki il olmaqla, ilin bəlli zamanlarında ortaya çıxan və hər hansı əsaslı bir səbəb olmadan baş verən uzunmüddətli kefsizlik halına mövsümi depressiya deyilir. Gün işığının azalmağa başladığı payız və qış ayları mövsümi depressiya riski baxımından olduqca “təhlükəlidir”. Ancaq mövsümi depressiya yaz və yay aylarında da görülə bilər.

Mövsümi depressiyanın səbəbləri nələrdir?
Qış aylarında günlərin qısa olması və gün işığıyla təmasın azalması səbəbi ilə beyində melotonin səviyyəsi artarkən, serotonin səviyyəsi düşür. Melotonin yuxululuğu artırır, serotoninin azalması isə halsızlıq, yorğunluq, istəksizlik kimi əlamətlərə səbəb olur. Mövsümi depressiyaya bu kimyəvi maddələrin səviyyəsindəki dəyişikliklərin yol açdığı düşünülür. Qadınlarda mövsümi depressiyalara daha çox rast gəlinir.

Necə müalicə olunur?
Mövsümi depressiya müalicəsində fototerapiya üsulu ilk variantdır. Bu üsul gün işığını təqlid edərək bir işıq qaynağına şəxsi bir müddət məruz buraxma prinsipinə əsaslanır. Beləcə insana ala bilmədiyi yetərli günəş işığı verilmiş olur. Ancaq ağır hallarda dərmanla müalicə də tətbiq olunur. Ancaq bu müalicə xaricində terapiya üsulları da var və uyğun olan hallarda bunlar da istifadə edilir. Şəxsin zövq aldığı məşğuliyyətlər də müalicəyə fayda gətirir.

Mövsümi depressiyaya meyilli olan insanların havanın açıq olduğu vaxtlarda günəş işığından çox yararlanmaları lazım gəlir. Daha öncəki illərdə bənzər hallar yaşanıbdırsa və xəstəlik axır keçirilibsə, yenə eyni dönəmdə xəstələnmədən öncə psixoloji dəstək almağa başlamaq, lazım gələrsə, həkimin tövsiyə etdiyi dərmanı istifadə etmək lazım ola bilər. İnsanların həyatlarını zənginləşdirən məşğuliyyətlər tapması da müsbət təsir göstərə bilər.

Bəs mövsümi depressiya yaşadığımızı necə anlaya bilərik?
Hər yorğunluq və halsızlıq depressiya demək deyil. Xüsusilə ilin eyni dönəmlərində ruhi çöküş hiss edilməsi zamanı bunun mövsümi depressiya olduğu təxmin edilə bilər. Bu cür əlamətlər olduqda psixoloqa müraciət etmək yararlı olacaqdır.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!