“Özünüzü sevməyi öyrənmək üçün 6 məsləhət

Özünüzü sevməyi öyrənmək üçün 6 məsləhət

Tənqid etməyi buraxın.

Tənqid etmək heç nəyi dəyişdirmir. Özünüzü tənqid etməkdən əl çəkin. Özünüzü olduğunuz kimi qəbul edin. Hamı dəyişir. Tənqid etdikdə dəyişiklikləriniz mənfi istiqamətdə gerçəkləşəcək. Özünüzü olduğunuz kimi qəbul etdikdə isə müsbət istiqamətdə dəyişəcəksiniz.

Özünüzü bağışlayın.

Keçmişinizi unudun. O vaxtlar sahib olduğunuz düşüncə və məlumatlar ilə ən yaxşısını etdiniz. Artıq böyüdünüz və dəyişdiniz. Fərqli həyat yaşayırsınız.

Qorxmayın.

Narahatçılıqlarınız ilə özünüzü qorxutmaqdan əl çəkin. Bu, həyatımızı davam etdirmək üçün pis bir yoldur. Ağlınıza sizi xoşbəxt edən və qorxularınızdan xilas olmağınıza imkan verən şeyləri gətirin.

Özünüzü tərifləyin.

Özünüzü tənqid etmək ruhunuzu incidir, tərif isə özünə inamı artırır. Özünüzü mümkün qədər tərifləyin. Ən kiçik şeyi belə nə qədər yaxşı etdiyinizi özünüzə xatırladın.

Mənfi cəhətlərinizi də sevin.

Onları bəzi ehtiyaclarınız səbəbindən yaratdığınızı qəbul edin. Daha o ehtiyacınızı qarşılamaq üçün yeni və pozitiv yollar tapın. Yəni köhnə və neqativ cəhtlərinizlə sağollaşa bilərsiniz.

Bədəninizə yaxşı baxın.

Yaxşı qidalanın. Bədəninizin ideal enerjisinə qovuşması üçün ehtiyac duyduğu qidaları qəbul edin. İdmanla məşğul olun. Bədəniniz sizin evinizdir, sağlam qidalanın və ona yaxşı baxın.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!