“Pul xoşbəxtlik gətirirmi?

Pul xoşbəxtlik gətirirmi?

25 ölkədə edilən anketdə varlı ölkələrin vətəndaşlarının inkişafda olan ölkələrdə yaşayanlarla müqayisədə qaş-qabaqlı olduğu ortaya çıxdı. İnkişafda olan ölkələrin vətəndaşları varlı ölkələrin vətəndaşları ilə müqayisədə daha xoşbəxtdir. BBC 25 ölkədə 25.000 insanla apardığı anketdə bu nəticəyə gəldi.

Anketdə istehlakçılardan iqdisadi gedişatla bağlı düşüncələri soruşuldu. Nəticələr isə belədir. İnkişafda olan ölkələrdə istehlakçıların iqtisadiyyatla bağlı daha müsbət yanaşmasının olduğunu, lakin buna qarşılıq olaraq inkişaf etmiş ölkələrdə yaşayan insanların daha pessimist olduğu ortaya çıxdı.

Ən pozitiv instehlakçılar yüzdə 70-lə Nigeriyada olduğu halda, ən pessimist fikirlər isə İngiltərə, Fransa və Yaponiyadan gəldi. Bu ölkələrdə iştirakçıların yarısından çoxu ölkəni pis günlərin gözlədiyini düşünürdü.

Anket nəticələrinin dünyada baş verən krizis sonrasında iqtisadi tənəzzüldəki fərqlilikləri göstərdiyi də deyilir. Odur ki, inkişafda olan ölkələrdə bu inkişaf daha sürətlə getdiyi halda, hal-hazırda varlı olan ölkələrin inkişafı daha yavaş templə gerçəkləşir.

Araşdırmanı həyata keçirən araşdırma şirkəti Globesacan Avropada yaşanan krizisin inkişaf etmiş iqtisadiyyatların pessimist halını daha da pisləşdirə biləcəyi xəbərdarlığını etdi.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!