Qaş formanız xarakterinizi ələ verə bilər. Bu yazımızda biz sizin üçün hansı qaş formasının nəyi bildirdiyini və qaş formanıza görə hansı xarakterdə olduğunuzu araşdırıb yazmışıq.
Düz qaşlar: Düz qaş forması özünə inanan və iddialı biri olduğunuzu göstərir. Düz qaşlar eyni zamanda qadınların kişi xarakterli olduğunu da vurğulayır.
Qövslü qaşlar: Qövslü qaşlar yaradıcı bir xarakteriniz olduğunu göstərir.
Yuxarıya doğru qövslü qaşlar: Belə qaşlara sahib olan insanlar əsasən həssas və inadkar xarakterdə olurlar.
Sıx qaşlar: Qalın və sıx qaşlar kişi xasiyyətli olmağın simvoludur və bədəninizdə kişilik hormonunun daha çox olduğunu göstərir.
İncə qaşlar: İncə formalı qaşlar feministliyi təmsil edir və nəzakətli biri olduğunuzu göstərir.
Yuxarılıq olan qaşlar: Qaşlarınızın alnınıza doğru yuxarıda olması xəyalpərəst biri olduğunuzu bildirir.
Aşağılıq olan qaşlar: Göz qapağına doğru enən qaşlara sahib olan insanlar hər şeyə həddindən artıq diqqət edən xarakterdə olurlar.
Sağ və sol qaşın fərqli olması: İki qaşdan hər hansı birinin yüksək olması münasibətlərdə nəzarətin kimdə olmasını bildirir. Qadınların sağ qaşı yuxarıdadırsa, nəzarət onlardadır deməkdir. Kişilərdə isə sol qaşın yuxarıda olması nəzarətin onlarda olduğunun əlamətidir.