“Sevgiliniz narsistdirmi?

Sevgiliniz narsistdirmi?

Sevgilinizin narsist olduğundan şübhələnirsiniz? Bunu anlamağın yolları məqaləmizdə!

Narsistlik bir şəxsiyyət pozuntusudur. Cəmiyyətdə sadəcə gərəyindən artıq özünə inam sahibi olmaq kimi qəbul edilsə də, əslində bu, daha ciddi bir problemdir. İnsanın özünü qüsursuz zənn edib, davamlı olaraq qarşısındakı insanda səhvlər tapması və ya tamamilə onu yox sayması narsisizmin ən çox bilinən açıqlamasıdır. Xüsusilə son illərdə sosial mediadan istifadənin artması ilə artan narsisizm həm insanın özünün, həm də həyatındakı digər insanların üzülməsinə səbəb olur. Buna görə də həyatın mərkəzinə özlərini qoyan və sizi əslində çox da vecinə almayan bu insanlarla ünsiyyət qurmaq elə də asan deyil. Bəs partnyorunuzun narsistik şəxsiyyət pozuntusuna sahib olduğunu necə anlaya bilərsiniz?

Qaydaları pozmaqdan zövq alır?

Hamımız xoşumuza gəlməsə də, qaydalara uyğunlaşmağa çalışırıq. Çünki özümüzə və ya çevrəmizə zərər vermək istəmirik. Ancaq narsistlər qaydalara riayət etməyi qəbul etmirlər.

İmici onun üçün çox vacibdir?

Hamımız xarici görünüşümüzə, insanların bizi necə gördüyünə, bizim haqqımızda nə düşündüklərinə əhəmiyyət veririk. Amma başqalarının düşüncələri üçün özümüzü dəyişdirmək normal bir hal deyil.

Çoxmu gözləntisi var?

Onun sizdən gözləntisi heç bitmir? Davamlı olaraq onu daha çox xoşbəxt etməli olduğunuzu hiss etdirir? Böyük ehtimalla qarşınızda özünü gərəyindən çox bəyənən bir insan var. Narsistlər özlərinin həmişə ən yaxşıya layiq olduğuna inanırlar. Daim öz sevdiyi filmlərin izlənilməsini istəyən, öz istədiyi yerlərə getməkdə israr edən, ən sevdiyi yeməklər bişirilmədikdə problem çıxaran bir insanın narsist olduğunu düşünməkdə çox da haqsız sayılmazsınız.

İstəkləri olmadıqda aqressivləşirmi?

Narsist bir insanla birlikdəsinizsə, daim onun istəklərinə uyğun yaşamalı olduğunuzun da yəqin ki, fərqinə varmısınız. Hətta belə olmadıqda onun nə qədər aqressivləşdiyinin də. Hər şeyin ən doğrusunu bildiyini və ən yaxşısına layiq olduğunu düşünən insanlar istəkləri gerçəkləşmədikdə çox əsəbləşirlər. İstədiyi yemək bişirilmədiyi üçün birdən-birə süfrəni tərk də edə bilər.

Empatiya qura bilmir?

Əgər narsist bir insanla birlikdəsinizsə, onun xətalarının cəriməsini siz ödəyə bilərsiniz. Çünki onun düşüncəsi ilə özü əsla səhv etmiş ola bilməz və onun üzüntüsü xaricində heç bir üzüntü vacib deyil. Sizin problemlərinizi heç vaxt anlamağa çalışmazlar. Sizi daim kiçik şeylərə üzülməklə günahlandıra bilərlər. Hətta sizin iş yerində yaşadığınız ciddi bir problem onun gecə yaxşı yatmamış olmasından daha əhəmiyyətsizdir. Əgər sizin üzülməyinizə səbəb olan özüdürsə, bunu qəbul etməz, hətta sizi günahlandıra bilər.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!