“Yeni fəsildə artıq əşyalardan qurtularaq yenilənin

Yeni fəsildə artıq əşyalardan qurtularaq yenilənin

Yeni bir başlanğıc üçün geri saydığımız bu günlərdə özünüzü yenilənmiş və yüngülləşmiş  hiss etməyiniz üçün bəzi kiçik məsləhətlərimiz var.

Yazın gəlişi yeni başlanğıclar deməkdir. Yeni mövsümə girərkən hər şeyə sıfırdan başlamağa nə deyirsiniz? Bunun üçün sizə bəzi məsləhətlərimiz var.

Yeni mövsümün keçmişdən daşıdığınız artıqlıqları atdığınız, özünüzü yenilənmiş və canlı hiss etdiyiniz bir başlanğıc olmasını istəyərdinizmi? Bütün bunları bacarmaq əslində bir neçə kiçik addımdan keçir. Feng Shui və bənzər bir çox təlimə görə artıq əşyalar sahib olduğumuz enerjinin qarşısını kəsir. Gərəksiz və istifadə etmədiyimiz hər bir əşya çiyinlərimizdə gözlə görmədiyimiz yüklərə çevrilir.

Bu səbəbdən də biz yeni bir başlanğıc etmək üçün artıq əşyalarımızdan qurtulub, onlara ikinci bir həyat vermək istəyirik. İstifadə etmədiyimiz əşyaları satışa çıxararaq həm özümüzü daha yüngül hiss etmək, həm də bu formada pul qazanmaq mümkündür.

Bir vaxtlar çox bəyənərək aldığınız, amma geyinməyə fürsət tapmadığınız geyimlərinizindən xilas olaraq yenilənə bilərsiniz.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!