Yeni il üçün özünə hədəf qoyub sonra fikrindən dönən hər 4 nəfərdən biri olmaq istəmirsinizsə, yazımızı oxumağa davam edin!
Mütəxəssislərin fikrincə bir neçə nüansa diqqət edərək yeni ildə müəyyənləşdirdiyiniz hədəfləri həyata keçirmək mümkündür. Yeni ilə girərkən özünə hədəf seçən hər 4 nəfərdən birinin 3 ay içində motivasiyasını itirib hədəfindən əl çəkdiyini bilirdinizmi? Mütəxəssislərin deyimi ilə bunun altında yatan səbəb onların əvvəlki il aldıqları qərarları həyata keçirməmiş olmasıdır.
Hər yeni ildə özünə hədəflər seçən, amma qısa müddətdə fikrindən dönənlər üçün bu məsləhətləri sizin üçün qeyd etdik:
Qərarlı olun.
İstəməklə qərar vermək anlayışlarını bir-biri ilə qarışdırmayın. Qərarınızı dəqiq olaraq verməmisinizsə, motivasiyanız azala bilər. Hədəf müəyyən etməkdə ilk qayda qərar verməkdir. Misal üçün yeni ildə arıqlamaq istəyirsinizsə, bu barədə mütləq qərarlı olmalısınız.
Hiss edin və xəyalını qurun.
Qərarınızı həyata keçirmək və motivasiyanızı canlı saxlamaq üçün hədəfinizə nail olduqda özünüzü necə hiss edəcəyinizi xəyal edin. Misal üçün gələn il üçün hədəfinizdə vəzifənizin yüksəlməsi varsa, istədiyiniz kimi bir ofisin şəklini hər gün görə biləcəyiniz bir yerə asın və ya tərtib etdiyiniz yeni il hədəfləri qovluğuna qoyun.
Realist olun.
Hədəfiniz xəyalınız qədər uzaq olmasın. Hədəfinizə kiçik addımlarla, xəyalınıza isə kiçik addımlarınızı birləşdirərək çata bilərsiniz. Buna misal olaraq bir münasibətiniz yox ikən evlənməyi hədəf seçmək yerinə, əvvəlcə ciddi bir münasibət qurmaq qərarı almalısınız.
Keçmişə ilişib qalmayın.
Keçmişə ilişib qalmayın, çünki keçmişi düşündüyünüz hər an yeni qoyduğunuz hədəflərə çatmağınıza əngəl ola bilər. Bunun əvəzinə əvvəlki səhvlərinizi nəzərdən keçirin. Hətta bir dəftərə qeyd edib bir daha təkrarlamamağa çalışın.
Yeni addımlar atmaqdan çəkinməyin.
Hissləriniz və içində olduğunuz şərtlər nə olursa olsun, yeni addımlar atmaqdan, özünüzü inkişaf etdirməkdən çəkinməyin. Çünki gerçəkləşdirdiyiniz hər hədəf bir sonrakı hədəf üçün sizə ilham və motivasiya verəcəkdir.