Sosial şəbəkələrdən istifadənin yeniyetmələr üzərində müsbət və mənfi nəticələri nələrdir? Ana və atalar uşaqların sosial şəbəkələrdən istifadəsinə məhdudiyyətlər qoymalıdırmı?
Əlbəttə sosial şəbəkələr vasitəsilə bir çox yeni məlumat əldə edilir. Məlumat əldə etməklə yanaşı bəyənilən paylaşımlar etmək, eyni məşhuru izləmək kimi şeylər gənclərin aralarında söhbət edəcək mövzu tapmasına, özlərini ifadə edə bilmələrinə imkan yaradır.
Ancaq xüsusilə sosial şəbəkələrdə sürətli keçən vaxt sosial həyatlarına mənfi təsir göstərir. Eyni zamanda hər şeyi asanlıqla edə bilmək gəncləri tənbəlləşdirir və səbrsizləşdirir. Bir-birləri arasında “onda varsa, məndə də olmalıdır” tipli düşüncələr də yaranır.
Bununla yanaşı internetin yeniyetmələr üzərindəki bir digər mənfi təsiri internet zorakılığına məruz qalmaq və ya erkən yaşlarda gənc insanlar üçün nəzərdə tutulmuş məlumatlara daha tez çatmaqdır.
Ata və analar yeniyetməlik dövründəki uşaqlarının sosial şəbəkələrdən istifadəsinə necə məhdudiyyətlər gətirə bilər?
Əvvəlcə gənclərin də öz şəxsi həyatlarının olması unudulmamalıdır və hörmət göstərilməlidir. Bunu hiss edən gənc lazımi hallarda sizinlə hər şeyi bölüşəcəkdir. Vaxt keçirdiyi yerlər və ya izlədiyi məşhurlarla bağlı tənqidlər, pis sözlər övladınızı sizdən uzaqlaşdıra bilər. Uşaqların məşhurlar vasitəsilə zərər görməsinin qarşısını almağın tək üsulu onları həqiqi həyata bağlayacaq münasibət qurmağınızdır. Əks halda bilməlisiniz ki, qadağalar ilə qarşısını ala biləcəyiniz heç bir şey yoxdur.