“Qış aylarında saçlarınızı uzatmaq üçün məsləhətlər

Qış aylarında saçlarınızı uzatmaq üçün məsləhətlər

Qış mövsümündə saç uzatmaq yaya nəzərən daha asandır. Bu il qış aylarında nə edə bilərəm ki, yaya qədər saçlarım uzansın sualını özünüzə verirsənizsə, aşağıdakı üsullardan istifadə edərək saçlarınızı qısa müddətdə uzada bilərsiniz.

1. Saçdakı saçqıranları təmizlədin

Saçqıranlar saç tellərinin hava almasının qarşısını alır və saçları gücsüzləşdirir. Saçlarınızın mütəmadi olaraq uclarını kəsdirsəniz, saçqıranlardan saçınız azad olar və tez bir zamanda uzanar.

2. Saçın diblərini masaj edin

Saçınızı yuyan zaman saçlarınızın diblərini masaj edərək yuyun. Masaj qan dövranını sürətləndirir və bu səbəbdən də saçlarınız tez bir zamanda uzanır.

3. Saçlarınızı təmiz saxlayın

Saçın diblərinin hava alması üçün saçlarınız təmiz olmalıdır. Əsasən də saçlar yağlı, kəpəkli və kirli olanda saçlarınız nəfəs almır və uzanması yavaşlayır.

4. Saçlarınızın qurumasının qarşısını alın

Hər gün şampun istifadəsi saçların qurumasına gətirib çıxarır. Saçların quruması uzanmanın qarşısını alan əsas amillərdən biridir. Əgər hər gün yuyursunuzsa, şampunlamaq yerinə durulamağınız kifayətdir.

5. Saça qulluq yağlarından istifadə edin

Evdə özünüz də hazırlaya bilərsiniz və ya apteklərdən hazır şəkildə saçlar üçün xüsusi yağlar əldə edə bilərsiniz. Əsasən bu yağlardan istifadə edin ki, saçlarınız nəmli qalsın və daha sürətli uzansın. Tərkibində zeytun yağı, hindistan qozu yağı, gicitgən otu yağı, avokado yağı olan maskalardan istifadə etsəniz, saçlarınızın uzanmasına faydalı olacaq.

6. Düzgün qidalanma

Qidalardan alacağınız vitaminlər, minerallar, proteinlər və yağlar saçlarınızı bəsləyir. Əsasən C vitamini, riboflavin və biotin saç uzanmasında əsas rol oynayır. Əlavə olaraq A, D, E və K vitaminləri bədəninizin inkişafı üçün çox önəmlidir. Saçlarınızın tez uzanması üçün yeməli olduğunuz qidalar bunlardır: Kök, tuna balığı, fındıq, badam və yaşıl tərəvəzlər.

7. Saçlarınızı kimyəvi maddələrdən qoruyun

Fen və düzləşdirici kimi isti cisimlər, rəng, refle, saçın rənginin açılması saçların qırılmasına, tökülməsinə və ölməsinə səbəb olan amillərdir. Saçlarınızın sağlamlığı üçün bu sayılan amillərə ara verin və ya yalnız məcbur qaldığınız təqdirdə etməyə çalışın.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!

Digər Yazılar