Yay aylarında ağcaqanadlar əsl kabusa çevrilir. İndi sizə sadə bir ağcaqanad tələsi hazırlamağın ən asan üsulunu təqdim edəcəyik.
Ehtiyacımız olan vəsaitlər:
- 200 ml su,
- 50 qr qəhvəyi şəkər tozu,
- 1 paket maya,
- Bir və ya iki litrlik kola şüşəsi.
İlk olaraq plastik şüşəni ortasından bir az yuxarısına doğru olan yerdən kəsin. Daha sonra isti su ilə qəhvəyi şəkəri qarışdırın və soyumasını gözləyin. Soyuduğu andan etibarən kəsmiş olduğunuz şüşənin alt hissəsinə tökün. Daha sonra şəkəri əlavə etdiyiniz yerə mayanı əlavə edin (qarışdırmağınıza ehtiyac yoxdur). Kəsmiş olduğumuz şüşənin digər qismini (qapaqlı olan yeri, qapağı çıxmış şəkildə) baş aşağı edərək qıf şəklində digər şüşənin üstünə yerləşdirin. Daha sonra ikisinin kəsişdiyi yeri bağlayın və evinizin bir küncünə qoyun. Günlər sonra şüşə içərisində ölü ağcaqanadların sayını gördükdə özünüz də təəccüblənəcəksiniz. Bu metoddan bir çox bağlı sahələrdə istifadə edə bilərsiniz. Beləcə ağcaqanadlardan öz imkanlarınızla asanlıqla xilas olmuş olarsınız.