“Ağız sağlamlığı üçün bunlara diqqət edin!

Ağız sağlamlığı üçün bunlara diqqət edin!

Dişlərinizi qorumağın ən təsirli yolu davamlı olaraq fırçalamaqdır. Diş fırçalama ortalama 2 dəqiqə davam etməlidir. Hər dişin üzəri 8-10 dəfə fırçalanmalıdır. Diş fırçalama zamanı mütləq diş, diş əti birləşməsi xüsusilə fırçalanmalıdır. Məqsəd diş səthindəki yemək qalıntılarını və bakteriyaları uzaqlaşdırmaqdır.

Diş fırçalamağın ilk addımı düzgün diş fırçası seçimidir. Ən uyğun fırça orta sərtlikdəki fırçalardır. Ağız içində asan hərəkət etdirilməsi və arxa dişlərə rahat çata bilməsi baxımından fırçanın başlığının çox böyük olmamasına üstünlük verilməlidir. Doğru fırça seçimindən sonra dişlər ən az gündə iki dəfə davamlı olaraq fırçalanmalıdır.

Diş pastası təkcə ağıza verdiyi xoş ətir və hiss səbəbilə diş fırçalamasını asanlaşdırır. Ağız qarqaraları da dəstək vasitələridir. Ağız gigiyenasına kömək edirlər. Davamlı istifadəsi məsləhət görülmür. Əgər fırçalama üsulunuz düzgün deyilsə, diş pastası və ya ağız qarqaralarından fayda əldə etmək mümkün deyil.

Dişləri parlaqlaşdırma tozları diş həkiminiz məsləhət görmədiyi müddətcə istifadə edilməməlidir. Həddindən çox istifadə etmək isə dişlərin  sağlamlığı baxımından zərərlidir.

Diş fırçalanmasında fırçanın duruşundan başqa əsas hərəkətlər eynidir. Fırça diş əti xəttinə əyilmiş halda yerləşdirilir. Bu üsulla kiçik dairəvi hərəkətlərlə dişlər fırçalanır. Daha sonra fırçalama davam etdirilir.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!