“Alzheimer xəstəliyinə düçar olmamaq üçün bunları yeyin

Alzheimer xəstəliyinə düçar olmamaq üçün bunları yeyin

Alzheimer xəstəliyi yaddaş pozğunluğunun ən sıx görüldüyü tipidir. Qidalanma ilə bu riski azaltmaq mümkündür. Sual yarana bilər, bəs bu qidalar hansılardır? Bu suallarınıza cavab tapmaq üçün məqaləmizi sona qədər oxumağınız kifayətdir.

Cəfəri və kəklikotu: Braziliyada aparılan tətqiqatlar nəticəsində bu bitkilərin Alzheimer, Parkinson, depressiya kimi xəstəliklərdə müalicəvi reaksiyaya malik olduğu ortaya çıxıb.

Çobanyastığı: Gecə yuxusu qaçanlara, stress yaşayanlara ən çox tövsiyə olunan çay çobanyastığıdır. Sınanmış və sübut edilmiş bu çay stressi azaldır, ancaq əsasən beyin hüceyrələrinə xeyri olduğu deyilir.

Sarıkök: Sağlam insanların bədənində xarici hissəcikləri yox edən makrofaqlar var. Makrofaqlar immunitet hüceyrələrində olur. Ancaq Alzheimer xəstələrində makrofaqlar öz işlərini həyata keçirə bilmirlər. Sarıkökün xeyirlərindən biri də Alzheimer xəstəliyinə tutulmağın qarşısını almasıdır. Müntəzəm istifadə etsəniz, tutulmaq riskiniz yox səviyyəsinə düşəcək, hətta ilkin əlamətləri olsa belə.

Adaçayı: Adaçayı zehni gücləndirir. Aparılan tədqiqatların nəticələrinə görə adaçayı içməzdən əvvəl və sonra yazılan testlərin nəticəsi olaraq adaçayının zehni gücləndirdiyi təsdiqlənib. Bu çayı tələbələr və yuxarı yaş qurupu insanlar içə bilər, ancaq yüksək təzyiqi olanlar həkimlərindən məsləhət alsınlar.

Sarımsaq: 2007-ci ildə aparılan tətqiqatlarda sarımsağın beyin xərçənginə faydalı olduğu ortaya çıxıb. Qoxusu da özü qədər xeyirdir. Hər gün istifadə edilə bilər, ancaq çoxları qoxusuna görə sarımsaqdan uzaq durur. Ağız qoxusunu aparmaq üçün bir çox məhsullar var və beyin sağlamlığınız üçün tez-tez sarımsaqdan istifadə edin.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!