“Aspirin Xərçəngin müalicəsində köməkçi rol oynayır

Aspirin Xərçəngin müalicəsində köməkçi rol oynayır

Ağrı kəsici və istilik salıcı olaraq istifadə etdiyimiz aspirinin xərçəngin müalicəsində də köməyi olduğu aşkara çıxarılmışdır. Londondakı xərçəng mərkəzində tədqiqat aparan alimlər aspirinin xərçəngə səbəb olan şişin böyüməsini yavaşlatdığını kəşf etmişdirlər.

Xərçəngli hüceyrələrin gizlənməsinin qarşısını alır
Xərçəngli hüceyrələrin istehsal etdiyi “PGE2” adlı molekul xərçəngin immun sistemi tərəfindən hiss edilməməsinə və böyüməsinə səbəb olur. Mütəxəssislər aspirinin bu molekulun istehsalına mane olaraq xərçəngli hüceyrələrin gizlənməsinin qarşısını aldığını deyirlər.

Xüsusilə dəri və döş xərçəngində faydalıdır
Mütəxəssislər aspirinin xüsusilə dəri və döş xərçənginin müalicəsində faydalı ola biləcəyinə diqqət çəkirlər. Ancaq bununla yanaşı, siçanlar üzərində aparılan tədqiqatlar nəticəsində müsbət nəticə əldə etsələr də aspirinin xərçəngin müalicəsindəki təsirini tam və dəqiq olaraq təsdiqləmək üçün hələ tez olduğunu deyirlər.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!