Susuzluq yetərli miqdarda su içməyən insanlarda geri dönülməz narahatçılıqlara səbəb ola bilir. Gündə orta hesabla 8 stəkan su içmək lazım olduğu halda bədənimiz 10 stəkan su itirir. Beynin yüzdə 75-i, qanın yüzdə 92-si, sümüklərin yüzdə 22-si sudan ibarətdir.
Yetərli dərəcədə su içməməyin gətirib çıxardığı 11 nasazlıq isə belədir:
1. Yorğunluq
Su bədəndəki ən önəmli enerji qaynaqlarındandır. Dehidratasiya (susuz qalma) bədəni yavaşladaraq yorğunluq və halsızlığa yol açır.
2. Astma və allergiyalar
Dehidratasiyaya məruz qalan bədən suya qənaət etmək üçün hava yollarını daraldır. Siz hələ susuz qaldığınızı hiss etmədən histamin bunun fərqinə varır və ifrazını artırır.
3. Yüksək qan təzyiqi
Bədən tam olaraq su ehtiyacını qarşıladıqda qanın 92%-i su olur. Bədənin susuz qaldığı zamanlarda isə qan qatılaşaraq axını zamanı müqavimətə səbəb olur və bu da qan təzyiqinin yüksəlməsi ilə nəticələnir.
4. Dəri problemləri
Dehidratasiya dəri yolu ilə toksinlərin atılmasını pozur və hər cür dəri problemi üçün müdafiəsiz hala gətirir. Nəticədə dermatit, sədəf və qırışıqlıq kimi nəticələr yaranır.
5. Yüksək xolesterol
Bədən susuz qaldığı zaman xolesterol səviyyəsini artıraraq hüceyrədən daha çox su itkisinin qarşısını almağa çalışır.
6. Həzm problemləri
Su, kalsium və maqneziumlu mineralların çatışmazlığı qastrit, reflüks kimi bir çox həzm sistemi probleminə yol açır.
7. Böyrək problemləri
Toksin və tullantı turşu toplanması bakteriaların inkişafı üçün şərait yaradır. Bu da böyrəkdə ağrı və infeksiyaya qarşı zəifliklə nəticələnir.
8. Qəbizlik
Suyun çatışmazlığı zamanı bədənin kritik funksiyalarından biri olan su təmin etmək vəzifəsi yoğun bağırsağındır. Su çatmadığı zaman tullantı maddələri bağırsaq daxilində çox yavaş irəliləməyə başlayır və bu da qəbizliyə səbəb olur.
9. Oynaq ağrısı və sərtlik
Bütün oynaqlarda böyük bir qismi sudan ibarət olan yastıqcıqlar vardır. Bədən susuz qaldığı zaman isə onlar zəifləyir və oynaqların təmiri yavaşlayır. Beləliklə, ağrı və narahatlıq hissi yaranır.
10. Kökəlmə
Bədəniniz toksinləri yağ hüceyrələrinin içində saxlayır. Bunun yanında əgər bədən yetərli su ilə toksinləri etibarlı bir şəkildə atmırsa, yağ hüceyrəsini sərbəst buraxmır.
11. Erkən qocalma
Xroniki olaraq bədən susuz qaldığı zaman orqanlar və hətta bədənin ən böyük orqanı hesab olunan dəridə qırışıqlıq başlayır və erkən yaşlanma əlamətləri baş verir.