“Bədəninizə su yığılmasının qarşısını almaq üçün 5 üsul

Bədəninizə su yığılmasının qarşısını almaq üçün 5 üsul

Ayaqlar və ya biləklərdə toplanmış su, adətən, bədənin su yığmasından qaynaqlanır. Bəs bunun qarşısını necə almaq olar?

Yəqin ki, uzun bir səyahətdən sonra ayaqlarınızın şişdiyi və ya səbəsiz yerə şalvarlarınızın dar gəldiyi vaxtlar olub. Xüsusilə qadınlarda hamiləlik və ya menstruasiya dövrlərində əllərin, ayaqların və biləklərin şişməsi halları baş verir. Bədənin su toplaması adlandırılan bu hal qarında, ayaqlarda və bədənin başqa hissələrində yaranmış şişkinliklərlə özünü göstərir. Bunun qarşısını almaq üçün bəzi şeylərə diqqət göstərməlisiniz.

Çox duz qəbul etməməyə çalışın

Bədənlərində su toplanması olan insanlara verilən ilk tövsiyə duz istifadəsini azaltmaqdır. Duz bədəndəki suyun sabit qalmasına səbəb olur. Nə qədər çox duz yeyilsə, bədəndəki su toplama dərəcəsi o qədər artır. Konservləşdirilmiş qidaların yeyilməsi də məsləhət deyil.

Maqnezium qəbulunu artırın

Maqnezium qəbulunu artırmaq su toplanmasını azaltmağa köməkçi olur. Aparılan bir araşdırmaya əsasən xüsusilə menstruasiya dövründəki qadınların 200 qram maqnezium ehtiva edən bir qida qəbul etməsi şişlərin azalmasına kömək edir. Qoz, taxıllar, yaşıl noxud və ispanaq maqnezium baxımından zəngindir. Bundan əlavə maqneziumu kapsula ilə də qəbul etmək olar.

B6 vitamini qəbul edin

B6 vitamini suda həll olan və təbii olaraq bir çox qidanın tərkibində tapılan bir vitamin növüdür. Məlum olmuşdur ki, B6 vitamini əlavəsi qəbul edən qadınlar menstruasiyadan əvvəl və menstruasiya dövründə yaşanan ağrı və şişkinlik kimi problemlərin böyük bir hissəsindən xilas olur.

Kaliumla zəngin qidalarla qidalanın

Kalium bədəndəki hüceyrə, toxuma və orqanların düzgün işləməsinə dəstək olan faydalı bir mineraldır. Bundan əlavə ürək sağlamlığı üçün də olduqca yararlı olan kalium bədəndə su yığılmasının qarşısını alır. Bunu bədəndəki duzun miqdarını aşağı salmaqla bacarır. Kaliumla zəngin qidalar banan, ərik, çuğundur və brüssel kələmidir.

İşlənmiş karbohidratlardan uzaq durun

Şəkərli xəmir işlərindən başlayaraq işlənmiş karbohidratlar yeyildikdən qısa müddət sonra qan şəkərinin ani olaraq yüksəlməsinə səbəb olur. Qandakı insulin səviyyəsi yüksəldiyi zaman böyrəklərdəki duzun miqdarı daha da artır. Bu, bədəndəki suyun saxlanması mənasına gəlir. Bu səbəbdən şəkər və ağ unla hazırlanmış qidalardan uzaq durmaqda fayda var.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!