Cəmi bir neçə saniyədə yuxuya getməyinizə kömək edəcək 4-7-8 metodu əslində bir nəfəs üsuludur. Bəs 4-7-8 metodu necə tətbiq olunur?
Amerikada bir araşdırma orada yaşayan insanların çoxunun insomniadan əziyyət çəkdiyini meydana çıxarıb. Stress ilə yuxu bir-birinə tərs mütənasibdir. Növbəti gün bizi gözləyən çoxlu iş olduğu üçün tez yuxuya getmək istəyirik. Ancaq bu, həmişə mümkün olmur. Yuxusuzluq səbəbilə həyat keyfiyyətimiz də azalır. Yetkin insanların çoxunun yuxusuzluqdan əziyyət çəkdiyi araşdırmalar nəticəsində öz təsdiqini tapmışdır. Doğru nəfəs almağın hər şey üçün vacib olduğunu deyən həkim Andrew Weil sürətli şəkildə yuxuya getməyin qədimdən bəri bilinən 4-7-8 metodu ilə çox asan olduğunu bildirir. Şərq fəlsəfəsinin müalicə üsullarını özündə cəmləşdirən bu üsul yuxuya getməyi asanlaşdırır. Andrew Weil yuxuya getmək üçün əzələlərin boşalması və nəfəsin tarazlaşdırılmasının vacib olduğunu, ancaq insanların əksinə nəfəslərini tutduqlarını və səhv nəfəs aldıqlarını bildirir.
4-7-8 metodu necə tətbiq edilir?
- Dilinizi üst dişlərinizin üstündəki yumşaq hissəyə yerləşdirin və sona qədər elə saxlayın.
- Bütün nəfəsinizi “şşş” səsi çıxararaq boşaldın.
- Ağzınızı yumun, yavaşca burnunuzdan nəfəs alaraq, 4-ə qədər sayın.
- Nəfəsinizi tutub, 7-yə qədər sayın.
- Bütün nəfəsinizi yenə eyni “şşş” səsini çıxararaq buraxın. Bu vaxt 8-ə qədər sayın.
- Bütün bu etdikləriniz 1 dəfə sayılır. Bunları 3 dəfə təkrarlayın.
Gün ərzində də təkrar edin.
Bu metod zamanı 4-ə qədər sayaraq nəfəs almaq ciyərlərə daha çox oksigen girməsinə kömək edir. 7-yə qədər saymaq oksigenin tənəffüs sistemimizdə daha yaxşı yayılmasına kömək edir, 8-ə qədər sayıb, nəfəs vermək isə ürək döyüntülərini yavaşladıb, ciyərlərdən daha çox karbondioksidin atılmasına kömək edir. 4-7-8 metodu stressi azaltmağı asanlaşdıran bir metoddur. Bu üsulu yuxuya getməklə yanaşı, gün ərzində streslə mübarizə üçün də istifadə edə bilərsiniz.