Alma sirkəsi
Qarqara yolu ilə tətbiq edilən alma sirkəsi dişlərinizə təbii bir ağlıq bəxş edəcək. Həddindən artıq istifadəsi isə diş minasına zərər verə bilər. Alma yemək də dişlərinizin baxım və ağlığı baxımından əhəmiyyətlidir.
Çiyələk
Dişlərinizin üzərinə bir neçə dəqiqə tutacağınız çiyələk xüsusilə dişlərdə yaranan ləkələri aradan qaldırıb, parlaq və ağ dişlərə qovuşmağınızı təmin edər. Tətbiqdən sonra ağızınızı çalxalamaq lazımdır.
Limon Suyu
Limon suyu diş ağartmada istifadə edilən təsirli məhsullardandır. Diş fırçanıza sıxaraq istifadə edə biləcəyiniz bir neçə damcı limon suyu dişlərə mükəmməl ağlıq qazandıracaq. Limon qabığını da birbaşa dişlərinizə sürtərək eyni təsiri müşahidə edə bilərsiniz.