Hər il ümumilikdə orta hesabla yüz nəfərdən səkkizində aktif burun qanaxması olur. Bu qanaxmaların 90%-i öz-özünə keçib gedir. Burun qanaxmalarının səbəblərini məqaləmizdən öyrənə bilərsiniz.
1. Burunla oynamaq: Əsasən, uşaqlarda rast gəlinən bu hal burun qanaxmasının başlıca səbəblərindən biridir. Buruna yad cisim salmaq da burun qanaxmalarının digər səbəblərindəndir.
2. Zədə: Burun əməliyyatları, yıxılmalar, üzmə, suya baş vurma zamanı təziq və burun spreylərindən istifadə burun qanaxmasına səbəb ola bilər.
3. Çəpər əyriliyi: Burun içindəki əyriliklər normal hava axınını pozduğu üçün burunun içərisində quruluq və qabıqlar əmələ gəlir. Həmin quruluqlar və qabıqlara görə burun qanaya bilər. Əməliyyatla bu problemin həll edə bilərsiniz.
4. İstilik sistemi: Xüsusilə qış aylarında istilik sistemlərinin yaratdığı quruluq və üst tənəffüs yolları infeksiyası səbəbi ilə uşaq və yetkin yaş qruplarında burun qanaxmasına daha çox rast gəlinir.
5. Xərçəng: Burunun içərisindəki sinuslar və geniş şişlər də burun qanaxmasına səbəb ola bilir. Ancaq bu burun qanaxmaları ümumiyyətlə ya davamlı, ya da təkrarlayıcıdır.
6. Hormonal səbəblər: Hamiləlik dövründə qan bədəndə çoxaldıqda burundan qan gəlməsinə tez-tez rast gəlinir.
7. Ürək-damar xəstəlikləri: Yüksək təzyiq, ürək çatışmazlığı kimi ürək-damar xəstəlikləri zamanı yetkin insanlarda burun qanaxmaları baş verə bilir.