Daha güclü bir zəkaya sahib olmaq üçün gün ərzində asanlıqla tətbiq edəcəyiniz 10 sadə tövsiyə ilə zehni fəaliyyətlərinizi dəyişdirə və yaxşılaşdıra bilərsiniz. Doğulduğumuz andan etibarən durmadan inkişaf edən ağıl günü-gündən daha da genişləyərək dünyamızı dəyişdirir. Bizim hər gün öyrəndiyimiz məlumatları əvvəlkilərlə birləşdirib mənalı hala gətirir və yeni üfüqlərin qapısını açır. Ağıllı fikirlər söyləmək üçün zehnin bəzi xüsusiyyətlərə sahib olması lazımdır. Məsələn, düşünmə müddətini nizamlamaq, bir çox bilgiyə sahib olmaq və bir problem və ya fikrə fokuslanmaq. Bizim sizə verəcəyimiz tövsiyələr ilə zehninizi hər gün inkişaf etdirəcək, daha cəld və güclü bir zəkaya sahib olaraq həyatınızı asanlaşdıra biləcəksiniz.
1. Hər səhər mütləq su için
Yuxu müddətində bədəniniz susuz qalır. Səhər yataqdan qalxan kimi mütləq bir stəkan su için. Yarım saat içində ikinci stəkan suyunuzu da içdikdən sonra səhər yeməyinizi yeyin. Aparılan araşdırmalar su içməyin zehnin vəzifələrini tamamlamaq üçün bacarıqlarını artırdığını göstərir.
2. Yaşıl çay için.
İşləyən insanın ən çox içdiyi içki qəhvədir. Lakin zehni xəbərdar edən içki yaşıl çaydır. Yaşıl çay tərkibində olan amin turşusu sayəsində beyin dalğalarında artmanın olmasına səbəb olur. Beləliklə də, yuxu gətirmir və işinizə rahatlıqla fokuslanmağınızı təmin edir.
3. Gün boyu şəkər istifadə etməyin.
Əslində şəkəri tamamilə həyatınızdan çıxarmağınız daha yaxşı olar. Əgər bunu edə bilmirsinizsə, heç olmasa bunu başqa şeylə əvəz etməyə çalışın. Məsələn, bəzən çayınıza bal əlavə edərək və ya heç şəkər atmadan içməyi yoxlayın. Çox yüksək miqdarda şəkərdən istifadə edilməsi beyin funksiyalarının yaxşı işləməməsinə səbəb olur. Buna görə də şəkərdən mümkün qədər az istifadə etməyə çalışın.
4. Sosial mediaya gündə iki dəfə baxın.
Beyin ona yüklədiyiniz lazımlı-lazımsız hər bilgini qəbul edir. Gün ərzində sosial hesablarınıza girdiyiniz zaman vaxtın necə keçdiyindən xəbəriniz olmur. Yaxşı və pis bir çox xəbərə məruz qalan beyninizin dincəlməsi lazımdır. Bunun üçün də özünüzə bir vaxt təyin edin və sosial media hesablarınıza yalnız gündə iki dəfə baxın.
5. Oyun oynayın.
Televiziyaya baxmaq passiv bir fəaliyyətdir. Sizə məlumat ötürülərkən sadəcə baxır və izləyirsiniz. Bunun yerinə beyninizi fəaliyyətə gətirəcək oyunlar oynaya bilərsiniz. Araşdırmalar göstərir ki, Super Mario oyunu belə beynin inkişafında əhəmiyyətli təsirə malikdir.
6. Kitab oxuyun.
Kitab oxumaq zehninizin və xəyal gücünüzün inkişafına kömək edir. Xarakter və yerləri beyninizdə canlandırdığınız zaman obrazlı düşünmə qabiliyyətiniz inkişaf edəcək və bu da sosial münasibətlərinizə təsir edəcəkdir.
7. Kiçik hərəkətlər edin.
Bədən və beyin bir-birinə bağlıdır. Gün boyu təkcə zehni çalışdırmaq kifayət deyil, bununla yanaşı bədəni də hərəkət etdirmək lazımdır. Bu, zehninizi açmağa və gücləndirməyə kömək edəcəkdir. Bunun üçün lift əvəzinə pilləkənlərdən istifadə edin və evdə, işdə bəzi asan və sadə hərəkətlər edin.
8. Sizinlə eyni fikirdə olmayanlarla danışın.
Hər hansı bir mövzuda fərqli düşündüyünüz bir tanışınızla mübahisəyə girin. Beləliklə, həm öz fikirlərinizi müdafiə edər, həm də səhvsinizsə, qarşı tərəfin fikirlərini dinləmiş olarsınız. Bu cür mübahisələr söz ehtiyatınızı inkişaf etdirməyə, eyni zamanda özünə inamınızın artmasına şərait yaradır.
9. Açıq havada gəzin.
Meşədə edəcəyiniz bir gəzinti əzələlərinizi gücləndirməklə beyninizə çox yaxşı təsir edəcəkdir. Çünki oksigen beynə faydalıdır, təbiət zehni sakitləşdirir və yerimək qan dövranınızı sürətləndirir. İşdə nahar fasiləsində parkda qısa bir gəzinti belə beyninizin fəaliyyətinin yaxşılaşmasına və gününüzün daha yaxşı keçməsinə səbəb olacaqdır.
10. Planlı yaşayın.
Həmişə yanınızda kiçik də olsa, bir qeyd dəftəriniz olsun. Həyatınızı bir cədvəl tutaraq yaşamaq və hər ağlınıza gələn fikri qeyd etmək həm maraq duyğunuzu, həm də məntiqli düşünmək qabiliyyətinizi inkişaf etdirəcəkdir. Hər günün sonunda sabahkı günün proqramını yazın. Bunu etmək beyninizin yaradıcılıq qabiliyyətini artıracaqdır.