“Dəmir azlığının əlamətləri

Dəmir azlığının əlamətləri

Dəmir azlığı gələcəkdə bir çox problemlərə yol aça bilən bir qan çatışmazlığı növüdür. Gələcəkdə yaşana biləcək anemiya xəstəliyinin xəbərçisidir. Dünya Səhiyyə Təşkilatının statistikalarına görə hemoqlobinin kişilərdə 14 qr/dl, qadınlarda isə 12 qr/dl-dan aşağı olması anemiya təhlükəsinə səbəb olur.
Bəs..
Dəmir əskikliyi nədən yaranır?
B12 vitamini, folik asid və dəmirin əskik olması nəticəsində dəmir azlığı yaranır. Səhv pəhrizin saxlanılması, yetəri qədər sağlıqlı və vaxtında qidalanmama kimi səbəblər də bu xəstəliyin səbəblərindəndir. Xüsusən hamiləlik və süd vermə periodunda bədəndəki vitamin balansını qorumaq önəmlidir. Vaxtından əvvəl doğulmuş uşaqlarda dəmirə olan ehtiyac olduqca çoxdur. Ana südü yerinə verilən qidalarla körpənin kifayət qədər dəmir və protein qəbul edə bilməməsi onda dəmir əskikliyinə səbəb olur. Bundan başqa:
Gün içində çoxlu çay və qəhvə qəbul etmək
Qırmızı əti çox bişirib yemək
Hazır qida olan sosiska və kolbasanın tez-tez yemək
Kimi səbəblər də dəmir azlığına yol açır. Mensturasiya zamanı çox qanaxma da dəmir əskikliyinin səbəblərindən biri kimi göstərilə bilər.
Dəmir əskikliyinin simptomları:
Dərinin solğun olması
Halsızlıq və gücsüzlük
Əsəbilik
Qulaqların uğuldaması
Baş ağrısı
Əllərdə və ayaqlarda qıcolmalar
Əgər bu kimi simptomlar sizdə və yaxınlarınızda varsa həkimə getməli, qan analizi etdirməlisiniz.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!