“Dırnaq qırılmasının səbəbləri

Dırnaq qırılmasının səbəbləri

Dırnaqlar sağlam bir orqanizmin göstəricisidir. Sağlam bir dırnaq çəhrayı rənglidir, şəffaf görünüşlüdür və həftədə 0,5-1 mm uzanır. Xarici təsirlərə davamlıdır.

Dırnaq qırılmasında ən çox rast gəlinən səbəb vitamin çatışmazlığıdır. Xüsusilə dırnaq və saç vitamini olaraq bilinən biotin (B7 vitamini-H vitamini) çatışmazlığı, dəmir əskikliyi, kalsium, maqnezium və sink çatışmazlığında dırnaqlar asan qırılır. Elmi olaraq ən məşhuru isə biotin çatışmazlığının olmasıdır. Bunun xaricində bir çox xəstəlikdə dırnaq qırılması problemi görülə bilməkdədir. Bu xəstəliklər: hipotiroidi, hyperthyroidism, xroniki ürək-ağciyər xəstəlikləridir. Dırnağa qədər yayılan sədəf xəstəliyi, dırnaq göbələyi, uzun müddət davam edən sistemik infeksiya xəstəlikləri də dırnaq qırılmasının səbəblərindəndir.

Qidalanma səbəbilə olan dırnaq problemləri:

Qeyri-kafi zülal qəbulu səbəbilə keratin sintezi azaldığı üçün dırnaqlar yumşalaraq qırıla bilər.

Davamlı dırnaq boyası istifadəsi dırnağın havasız qalmasına gətirib çıxarır. Eyni zamanda asetonun yorucu təsiri də dırnaq qırılmasına səbəb ola bilməkdədir.

Dırnaq qırılmasının müalicəsi:

İlk əvvəl qırılmanın səbəbi araşdırılır, təyin olunan bir səbəb varsa, düzəldilir. Xəstənin aldığı zülal azdırsa, artırması təklif edilir, guatr və ya ürək xəstəliyi varsa, müalicə edilir. Bütün bunların yanında qəbulu asan olan biotin müalicəsi əlavə olunur. Qırılmanın şiddətinə görə 2 mg və ya 5 mg-lıq həblərin qəbul edilməsi məsləhət görülür. Biotin qırılmaları azaltdığı üçün dırnağın uzanma sürətini də artıran bir vitamindir. Müalicəyə əlavə olaraq biotinli dırnaq kremləri istifadə edilə bilər.

 


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!