“Günəşin faydaları

Günəşin faydaları

Günəşin ən əhəmiyyətli faydası bütün varlıqlar üçün bir həyat qaynağı olmasıdır. Günəş yalnız insanlar üçün deyil, bütün canlılar üçün həyat qaynağıdır. Günəş insan bədəninin D vitamini sintezləməsini reallaşdırdığı üçün xüsusilə uşaqların sümük inkişafında vacib bir rolu boynuna götürür. Sümüklərin və xüsusilə dişlərin güclənməsi üçün D vitamini lazımdır. Tibb mütəxəssisləri günəş şüalarının bədəndə D vitamini yaranmasını təmin etdiyini söyləyirlər.

Günəş şüaları dəriyə dərindən təsir edərək, dəridəki qan damarlarının genişlənməsinə və istilik artımına gətirib çıxarır. Beləcə, tərləmə meydana gəlir və tərləmə ilə də bədənin toksinlərdən təmizlənməsi təmin edilir. Günəş işığı beynin hormonal funksiyalarının normala dönməsinə də kömək edir. Günəş şüaları serotonin adı verilən hormonların istehsalını sürətləndirir. Dərinin öz-özünü qoruma mexanizmini işə salır.

Günəş şüaları mükəmməl bir pəhriz dərmanının belə yerinə keçə bilər. Psixoloji aclığa nəzarət edən günəş şüaları sizin aclıq hissinizin qarşısını alar. Qış aylarında günəşsizlik üzündən serotonin istehsalı azalır və insanlar daha çox yemək yeməyə başlayırlar.  

Müəyyən dozada günəş vannası, dərinin bir çox problemini aradan qaldırır. Ancaq dəriyə faydası olacaq deyə saatlarla günəş altında yatıb, dərini qızartmaq doğru deyil.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!