Limonun saymaqla bitməyən faydaları var. Xəstəliklərlə savaşır, enerji verir və eyni zamanda arıqlamağa da kömək edir. Biz bu yazımızda limonun əsas 6 faydasından bəhs etmişik.
1. Arıqlamağa kömək edir
Limon içindəki “pektin” adlı həll olunan lif sayəsində uzun müddət tox tutur və artıq yeməyin qarşısını alır. Həmçinin, limon bədəndə detoks təsiri yaradaraq toksinlərin bədəndən atılmasına da şərait yaradır.
2. Kalium mənbəyidir
Banan qədər limon da kaliumla zəngin olan qidalardandır. Kalium ürək sağlamlığını qoruyur və sinir sisteminə xeyirlidir. Bununla yanaşı, yuxu problemi olanların daha yaxşı yatmağına kömək edir.
3. Xərçəngin qarşısını alır
Antioksidant və C vitamini ilə zəngin olan limon sərbəst radikallarla savaşaraq xərçəng xəstəliyinə tutulmaq riskini azaldır.
4. İmmun sistemini gücləndirir
Tərkibində bol miqdarda C vitamini və mineral olması sayəsində immun sistemini gücləndirərək soyuqdəymə və qrip kimi xəstəliklərə yoluxma riskini azaldır..
5. Enerji verir
C vitamin enerji verməklə yanaşı, stressi bədəndən uzaqlaşdırır və əhval-ruhiyyəni yüksəldərək depressiyaya düşmə riskini də azaldır.
6. Boğaz ağrılarına yaxşı təsir edir
İmmun sistemini gücləndirici təsiri ilə xəstəliklərlə savaşan limonun boğaz ağrılarına da faydası var.