“Paltarlarınızı evdə qurudursunuzsa, diqqətli olun!

Paltarlarınızı evdə qurudursunuzsa, diqqətli olun!

Paltarlarınızı otağınızda; paltar ipində və ya radiatorun üzərində qurudursunuzsa, təəssüf ki, bu vərdiş ciddi ağ ciyər xəstəliklərinə yol açır. Belə ki, paltarlarınızı radiatorun üzərində qurutduğunuz zaman otaqdakı nəm miqdarını 30% artırmış olursunuz. Bu da havadakı kif və müxtəlif mikroorqanizmlərin xəstəlik yaradacaq dərəcədə çoxalmasına şərait yaradır. 

Paltarların quruma müddətində üzərlərindəki su molekulları buxarlanaraq havanı nəmləndirir, yəni otaqda daha nəmli bir hava olur. İmmunitet sisteminə təsir edən astma, öskürək və nəfəs darlığı kimi xəstəliklər əsasən belə mühitlərdə yaranır. Bu vəziyyət də sonradan Aspergillosis adı verilən xəstəliyə çevrilir.
 
Aspergillus adlı bir növ kif göbələyinin ağ ciyərlərə yerləşməsi ilə ortaya çıxan bu xəstəlik yüksək temperatur, öskürək və çətin nəfəs almaq kimi bir çox ağır əlamətlər göstərib, sonda ölümcül ola bilir. 
 
Nəmli mühit immunitet sisteminə ciddi təsir göstərir. Xüsusilə immunitet sistemi zəif olan insanların bu xəstəliyə tutulma riski daha yüksəkdir.
Sağlamlığınız üçün paltarlarınızı açıq hava şəraitində və ya qurutma maşınında qurutmağınız məsləhətlidir.

Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!