“Qara çayın 9 faydası

Qara çayın 9 faydası

Qara çay dünyada və ölkəmizdə sudan sonra ən çox içilən içkidir. Bəs hamının hər gün sevərək içdiyi qara çayın faydalarını bilirsinizmi? Məqaləmizə nəzər salaraq qara çayın faydalarının nələr olduğunu öyrənin. 

1. Daha yaxşı işləyən ürək

Aparılan araşdırmalar nəticəsində gündə 3-4 fincan qara çay içənlərdə ürək tutma riskinin, gündə 1 fincan içənlərə görə 21 faiz azaldığı görülmüşdür. Hətta qara çayın infarkt riskini də 44 faiz azaltdığı və pis xolesterolun miqdarını 11 faiz aşağı saldığı təsdiq edilmişdir.

2. Xərçəngə qarşı qoruyur

Tədqiqatlar qara çay içərkən alınan polifenol və kateşinlərin bəzi xərçəng növlərinin yaranmasına qarşı qoruyucu təsirinin olduğunu göstərmişdir. Məsələn, gündə 2-3 fincan qara çay içən qadınlarda döş və yumurtalıq xərçəngi yaranmasının azaldığı görülmüşdür. Bundan əlavə qara çay ağciyər xərçəngi yaranması riskini də azaldır. 

3. Sağlam sümüklər 

Mütəmadi istifadə nəticəsində qara çayda olan fitokimyəvi maddələr sümüklərin daha möhkəm və sağlam olmasını təmin edir, osteoporoz və artrit olma riskini azaldır. 

4. Diabet riskini azaldır

Yaşlı insanlar üzərində aparılan araşdırmalar nəticəsində gündə davamlı olaraq 1-2 fincan qara çay içilməsinin Tip 2 diabet növünün yaranmasını 70 faiz azaltdığı görülmüşdür. 

5. Yağları əridir

Qara çayın istifadə edilməsi, xüsusilə qarın ətrafındakı yağlanmanı azaldır, bədəndəki yağların əridilməsinə və çəki itirməyə kömək edir. 

6. Stressi azaldır 

Qara çayda olan "L-theanine" maddəsi insanı rahatladır. Gün ərzində 2-3 fincan qara çay içilməsi stress hormonu olan kortizolun miqdarının aşağı düşməsinə səbəb olur. 

7. Güclü immun sistemi

Qara çay viruslarla mübarizə aparır, bu da immun sisteminizi qoruyur və güclənməsinə şərait yaradır.

8. Həzm sisteminin fəaliyyətini yaxşılaşdırır

Qara çayın tərkibində olan tanen maddəsi mədə və bağırsaq xəstəliklərinə yaxşı təsir göstərir və həzm sisteminin fəaliyyətinin yaxşılaşmasına kömək edir. 

9. Enerjini artırır

Qara çayda olan aşağı miqdarda kafein qan dövranına kömək edərək, beynin funksiyalarını da gücləndirir.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!