“Qızdırmanın səbəbləri

Qızdırmanın səbəbləri

Qızdırma nədir?

Bədən temperaturunun normalın üstünə çıxması qızdırma adlandırılır. Normal bədən temperaturuna aid sərhədləri müəyyən etmək çətindir. Ümumən isə bədən temperaturu 36.1-37.8 Cº olaraq qəbul edilir. Uşaqlarda bədən temperaturu böyüklərdən daha yüksəkdir.

Qızdırma niyə qalxır?

Bəzi bakteriya, ya da virusların ifraz etdiyi maddələr, ya da özləri bədəni xəbərdar edir. Temperaturun qalxması zamanı titrəmə, damarlarda müvəqqəti daralma ilə əlaqəli olaraq əllərdə və ayaqlarda soyuma kimi əlamətlər meydana gələ bilər. 37 dərəcənin üstündəki hər 1 dərəcəlik artımda metabolizm 10-12% sürətlənir. Bununla əlaqəli olaraq ürək döyüntüləri sürətlənir, maye və kalori ehtiyacı yaranır. Bütün bunlar da ürək və tənəffüs sisteminə əlavə yük gətirir.

Temperatur yüksəldikdə bunları etmək olmaz:

- Çox soyuq və müəyyən nahiyələrə qoyulan bezlər. Bunlar titrəməyə səbəb olaraq temperaturun daha da yüksəlməsinə səbəb ola bilər.

- Alkoqol və sirkə ilə bədəni silmək.

- Üşüyə bilər qorxusu ilə geyindiklərini çıxartmamaq və daha çox geyinmək.

- Səhv dərmanlardan istifadə etmək.

- Yüksək və ya aşağı dozada dərman içmək.

- 12 yaşın altındakı uşaqlarda viral infeksiyalar olduqda həkimlə danışmadan dərman istifadə etmək.

 


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!