35-40 yaşından sonra insanların əksəriyyətində saçlar ağarmağa başlayır. Bu prosess getdikcə sürətlənir. Saçların ağarması orqanizmin ümumi qocalması ilə bağlı olan təbii prosesdir.
Hər bir saç soğanağında xüsusi hüceyrələr var ki, bu hüceyrələr melanin piqmentini ifraz edir. İnsan yaşa dolduqca piqmentin ifrazı tədricən azalır və daha sonra tam dayanır. Nəticədə saçlar ağarır. Bu normal fizioloji prosesdir.
Lakin bəzən insanın saçları çox tez, hətta 20-30 yaşlarında sürətlə ağarmağa başlayır. Bu saçların vaxtından əvvəl ağarması sayılır. Belə ağarmanın səbəbləri müxtəlifdir. Əsas səbəblərindən biri irsiyyətdir. Əgər sizin valideynlər və yaxın qohumlarınızda saçların vaxtından əvvəl ağarması müşahidə olunubsa, çox güman ki, sizin saçlarınız da tez ağaracaq.
Lakin bəzən saçların vaxtından əvvəl ağarmasının səbəbi orqanizmdə gedən hər hansı pozulma ola bilər. Bu pozulmalar arasında:
Lakin bəzən saçların vaxtından əvvəl ağarmasının səbəbi orqanizmdə gedən hər hansı pozulma ola bilər. Bu pozulmalar arasında:
- vitamin və mineralların kəskin çatışmamazlığı (pis qidalanma, pəhrizlər, mədə-bağırsaq sistemi ağır xəstəlikləri və s. nəticəsində)
- qalxanvari vəzi fəaliyyətinin pozulması
- qara ciyər və böyrək xəstəlikləri
- ürək-damar sistemi xəstəlikləri
- maddələr mübadiləsi proseslərinin pozulması
- çox güclü stress
- xroniki yorğunluq, orqanizmin fiziki və emosional tükənməsi.
Beləliklə, saçların vaxtından əvvəl ağarması hər hansı bir xəstəliyin və ya pozulmanın əlaməti ola bilər.
Birbaşa bu problemə aparan stress və əsəb kimi sarsıntılardan uzaq olmağa çalışın.