Rahat yuxuya getmək üçün otağın temperaturu vacibdir. Həyatımızın üçdə bir hissəsini yuxuda keçirdiyimizi düşünsək, yuxu mövzusunu çok ciddi qəbul etməli olduğumuzu anlayarıq. Halbuki, modern insanların ən böyük problemlərindən biri yuxusuzluqdur. Bəs keyfiyyətli yuxu üçün nə etmək lazımdır? Yatmazdan əvvəl ilıq duş qəbul etmək, kofeinli içkilərdən uzaq durmaq, rahatlaşdırıcı mühit və ilıq süd faydalı ola bilər. Bütün bunlarla birlikdə rahat bir yuxu üçün diqqət edilməli nöqtələrdən biri düzgün otaq temperaturudur. İsti bir otaqda yatmaq ilə sərin otaqda yatmaq arasında çox fərq var.
Bədənimiz və beynimiz gecə yuxuya keçmək üçün özündə bir thermostat nizamlaması edir. Ürək döyüntüləri, nəfəs alıb-vermə azalır və enerji minimum istifadə olunur. Əgər bədən bu temperatura enə bilməsə və ya çıxmasa, yuxuya gedə bilmir, yuxu keyfiyyətsiz olur. Çox isti havalarda niyə yata bilmədiyinizi beləcə anlaya bilərsiniz. Bu səbəblə yatdığınız yerin yuxuya gedə biləcəyiniz temperaturda olması çox vacibdir. Mütəxəssislər yuxu üçün ideal otaq temperaturunun 14-18 dərəcə, nəmin 40-50% olduğunu deyirlər. Ancaq bu ortalama insanlar arasında fərqlilik göstərə bilər. Əgər çox üşüyən insansınızsa, bu temperaturu artıra, bədən temperaturu yüksək insansınızsa, azalda bilərsiniz. Vacib olan isə sizin üçün ideal olan yuxu temperaturunu kəşf edib, hər gün o temperaturda yatmaqdır. Aparılan araşdırmalar insomnia xəstəliyi olan insanların daha yüksək bədən temperaturunun olduğunu ortaya çıxarmışdır.
Soyuq (sərin) otaqda yatmağın faydaları:
- Xəstəliklərdən qoruyur.
Dr. Mercola sərin otaqda yuxuya getməyin daha asan olduğunu, daha yaxşı yuxunun da başda diabet olmaqla bir çox xəstəliklərdən bədəni qoruduğunu bildirir. Yuxuya getməyi asanlaşdımağın ən yaxşı yollarından biri hər gecə yatmazdan qabaq içi isti su ilə dolu olan bir butulkanı ayaq ucunuza qoymaqdır. Beləcə ayaqlarınızdakı qan damarları genişlənəcək və bədən temperaturunun asanlıqla düşməsi mümkün olacaq.
- Daha gənc görünməyə kömək edir.
Sərin bir otaqda yatdıqda daha tez və daha dərin yatırsınız. Beləcə bədəniniz yetərli miqdarda melatonin hormonu ifraz edə bilir. Sağlamlıq üçün gərəkli olan melatonin hormonu eyni zamanda təbii “anti-aging”dir.
Bütün bunlarla yanaşı, çılpaq yatmaq da bir çox mütəxəssis tərəfindən daha faydalı hesab edilir. Çılpaq yatdıqda bədəniniz daha asan soyuyur və daha rahat yata bilir. Keyfiyyətli yuxu üçün bir digər vacib məqam da yuxuda rahat nəfəs alıb-verə bilməkdir. Sağlam yuxu üçün burundan nəfəs alın.
Bəs soyuq otaqda yatmaq arıqlamağa kömək edirmi?
Maraqlı suallardan biri də budur. Yetərli olmayan yuxu metabolizm üzərində problemlər yaradır. Bu, xroniki xəstəliklərə səbəb olur. Bədənimizdə olan qəhvəyi yağ toxuması biz soyuq bir otaqda yuxuda olduğumuz zaman daha çox istilik istehsal edərək kalori sərf etməyimizə səbəb olur. Bunun üçün də arıqlamaq istəyən insanların çox isti otaq temperaturunda yatması məsləhət görülmür.