“Ürək sağlamlığı üçün nə etməli?

Ürək sağlamlığı üçün nə etməli?

Ətraf mühit, stress, səhv qidalanma vərdişi artıq çəki və şəkər xəstəliyinin, bundan başqa, siqaret istifadəsinin artması ürək-damar sağlamlığı baxımından böyük təhlükə yaradır. 
 
Düzgün qidalanma
 
Düzgün qidalanma diyet tətbiq etmək demək deyil. Çünki, diyet, qidalanma vərdişlərində müvəqqəti dəyişiklik etməkdir. Düzgün qidalanma isə dami  vərdiş olmalıdır. 
Omega 3 yağ turşuları tərkibli qidalar qanda laxta yaranmasının qarşısını alır və damar sərtləşməsini azaldır. 
Bundan başqa, balıq istifadəsi ilə ürək-damar xəstəlikləri nəticəsində yaşanan ölüm halları səviyyəsində azalma müşahidə edilib. Trans yağlardan uzaq durmalı, gündəlik duz istifadəsi miqdarı isə 5 qramdan çox olmamalıdır. 
 
Artıq çəkilərinizdən azad olun
 
Yüksək təzyiqə şərait yaradan əsas səbəblərdən biri artıq çəki problemidir. İdeal çəkinizi qorumağa çalışın, lazım gələrsə bunun üçün idmanla məşğul olun.
 
İdman hərəktələri edin
 
Hal-hazırda texnologiyanın təqdim etdiyi avtomobil, yeriyen pilləkən və lift kimi imkanlar səbəbi ilə gün keçdikcə daha az hərəkət etməyə başlayırıq.
Halbu ki, fiziki hərəkətsizlik ürək-damar xəstəliklərinin yaranmasında böyük risk faktorudur. Lift yerinə pilləkəndən istifadə etməli, yaxın məsafədə olan yerlərə avtomobillə deyil, yeriyərək gedilməlidir. Ürək sağlamlığınız üçün həftənin 3 günü 30 dəqiqədən az olmaması şərti ilə idman hərəkətləri etməyə çalışmalısınız. Unutmamaq lazımdır ki, fiziki hərəkətlər müntəzəm edildiyi halda faydalı olur. 
 
Stresdən uzaq olmağa çalışın
 
Artıq stressiz bir həyat tapa bilməyəcəyimiz üçün stresi necə idarə edəcəyimizi yaxşı bilməliyik. Stress, əsəb və depresya ürək-damar xəstəliklərinin yaranma riskini artırır.
Əgər stress yaşayırsınızsa, əvvəlcə bunun səbəblərini araşdırın. Həmin problemləri aradan qaldırmaqda çətinlik çəkirsinizsə, bir mütəxəssiə müraciət edə bilərsiniz. Daxili rahatlıq və ailə mühitindəki xoşbəxtlik ürək sağlamlığına müsbət təsir göstərir. 
 
Siqareti tərgidin
 
Hal-hazırda siqaret, qarşısı alınabilən ölüm səbəbləri arasında ilk sıradadır. Siqaret çəkmək, ürək damarlarının tıxanmasına, yəni infarkta səbəb olur. İnfarkt keçirən insanlar siqaret çəkməyə davam etdikdə yenidən infarkt riski artırır. Bu səbəbdən siqareti mütləq tərgitməlisiniz.
 
Qan şəkərinizi müntəzəm olaraq yoxlayın
 
Qan şəkəri də ürək-damar sağlamlığı üçün risk yaradan faktorlardandır. Qan şəkərinizin normal olması üçün düzgün qidalanma, ideal çəkidə olmaq və həftə ərzində ən azı 2 gün 30 dəqiqə müntəzəm olaraq idman hərəkətləri etməyin böyük əhəmiyyəti var. 
 
Təzyiqinizi müntəzəm olaraq yoxlayın
 
Ürək-damar xəstəliklərinin bir digər risk faktorlarından biri də dəyişkən təzyiqdir. Bunun qarşısını almaq üçün ideal çəkinizdə qalmağınız, gün ərzində 5 qramdan çox duz qəbul etməməyiniz, fiziki hərəkətləri artırmağınız və siqaret çəkməməyiniz tövsiyə olunur.

Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!