Həkimlərin araşdırmalarına görə üzümüzün fərqli hissələrində çıxan sızanaqlar bədənimizdə baş verən düzənsizliklərdən və yarana biləcək xəstəliklərin ilk əlamətləri ola bilər. Bu araşdırmalara əsasən üzümüzdəki sızanaqların xəritəsi və səbəbləri müəyyən edilmişdir.
1. Bölgə: Alnımız
Alnımızda əmələ gələn sızanaqlar stress və yuxusuzluqdan da ola bilər. Kalorisi çox olan qida maddələrinin həzm sistemimizə göstərdiyi təsir nəticəsində alnımızda sızanaqlar əmələ gəlir. Başqa bir səbəb də qaraciyər problemləri ola bilər.
2. Bölgə: Çənə
Əgər çənənizdə sızanaqlar əmələ gəlirsə, hormonlarınızı yoxlatmalısınız. Çənədəki sızanaqların səbəbi androgen hormonunun çoxluğundan və ya qadınların mensturasiya dövründə də yarana bilər.
3. Bölgə: Üzünüzün kənarları
Üzünüzün kənarlarında əmələ gəlmiş sızanaqların da səbəbi hormonal səbəblərdən ola bilər. İşlətdiyiniz kosmetik vasitələr də üzünüzdə sızanaq əmələ gəlməsinə vasitədir. Əgər bu sızanaqlardan qurtulmaq istəyirsinizsə, işlətdiyiniz kosmetik vasitələri nəzərdən keçirməli və təbii kosmetik vasitələrdən istifadə etməyə başlamalısınız.
4. Bölgə: Yanaqlar
Yanaqlarınızda sızanaqların əmələ gəlməsi bədəninizdəki şəkər düzəninin pozulmasından qaynaqlana bilər. Əgər çox şəkər yeyirsinizsə, bu sizin üzünüzdə sızanaqların çıxmasına səbəb olacaqdır. Yanaqlarda sızanaq əmələ gəlməsinin başqa səbəbi ağciyərlərdə olan problemin də xəbərçisidir. Yanağınızdakı sızanaqlar eyni zamanda telefonunuzdakı bakteriyalardan da ola bilər. Bunun olmaması üçün telefonunuzu hər zaman dezinfeksiya edin.
5. Bölgə: Qaşların arası
Qaşlarınızın arasında çıxan davamlı sızanaqlar qaraciyər problemləri ilə bağlı ola bilər. Bu o deməkdir ki, siz çox yağlı yemək yeyirsiniz və bu həmçinin sizin mədənizlə də əlaqəlidir.
6. Bölgə: Burun və üst dodaq kənarları
Burnunuzdə görünən sızanaqlar çox ədviyyatlı, duzlu və yağlı qidalandığınızı bildirir. Bu qidaların miqdarını azaltmağa çalışın. Digər tərəfdən ürək və qan təzyiqi sağlamlığınıza da diqqət yetirməlisiniz. Üst dodağınızdakı sızanaqlar ürək, dalaq və ya ağciyərinizdəki problemlərin əlaməti ola bilər. Artıq sızanaqlarla bağlı olan bu yazımız sayəsində bədəninizdə qaydasında olmayan şeyləri rahatlıqda tapa biləcəksiniz.