“Yuxu rejimimiz xarakterimizə təsir edir!

Yuxu rejimimiz xarakterimizə təsir edir!

Yatmaq sağlamlığımız üçün çox önəmlidir. Lakin bunun mənası yata bildiyiniz qədər yatmalısınız demək deyil. Çünki çox yuxu insan psixologiyasına pis təsir edir. Psixiatrislər bu mövzuda bəzi məlumatlar verir.
Yuxu insanların vaxt aşırı qaçındıqları, bəzən də sığındıqları dünyadakı ən şirin şeylərdən biridir. Bir düşünün gözünüzdən yuxu axan zamanlarda yata bilmədiyinizi. Bəzən də yuxuya nə qədər çaba sərf etsək də heç cür yata bilmirik. Normal yuxunun ortalama 7 saat olduğunu hamımız bilirik artıq. Amma insandan insana dəyişən kiçik fərqlər ola bilər. Xarakterimiz və yuxu ehtiyacımız arasında bir əlaqə olduğunu bilməkdə fayda var.
Az yatan insanlar daha enerjili olur.
Az yatan insanlar çox yatanlara nəzərən daha enerjili və daha gümrah olur. Özlərindən və həyatlarından məmnun olduqları kimi dünya ilə də yaxşı əlaqə qura bilirlər. İnsanlar tərəfindən sevilirlər və sosial insanlar olurlar. Bunu da unutmamaq lazımdır ki, bu qədər fəal bir insanın yuxu ilə vaxt keçirməsi özünə görə də bir itki olaraq dəyərləndirilə bilir və bu səbəblə də daha az yuxu ilə kifayətlənmiş olurlar. Hər nə olursa olsun, yuxunu azaltmaq həyatın məhsuldarlığını artırdığı ortadadır.
Çox yatan insanlar daha gərgin olur.
Uzun müddət yatan insanlar əsasən sıxıntılı, gərgin, özləri və ətrah mühitlə həmişə narazılıq və mübahisə halında olan, aqressiv insanlar olurlar. Bununla birlikdə uzun müddət yatanların daha çox
REM yuxularına sahib olduqları və daha çox incəsənət ruhlu, yaradıcı insanlar olduğu da unudulmamalıdır.
Bəzən yuxu rejimimizə təsir edən amillər ola bilər. Qrip infeksiyaları və digər xəstəliklər. Bəzən də depressiya kimi psixoloji narahatlıqlar səbəbi ilə yuxu ehtiyacı arta bilir. Bu kimi problemlər yoxdursa, yuxu rejimimiz xarakterimizin aynası kimidir.

Android istifadəçiləri buradan saytımızın mobil tətbiqini endirə bilər:

https://play.google.com/store/apps/details?id=com.elitsolutions.leydi&utm_source=leydi.az


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!