“Uşağınıza sevildiyini hiss elətdirməyin 8 yolu

Uşağınıza sevildiyini hiss elətdirməyin 8 yolu

Uşaqlarımıza sevgimizi hiss elətdirdikdə onlar daha sakit, pozitiv və sosial olurlar. Sevgini hiss etmədiklərində isə stresli, narahat və gərgin olurlar. Onlara nə qədər diqqət göstərsək, zaman ayırsaq, stresli, narahat və əsəbi davranışları o qədər az olar. Aşağıda sizə uşaqlarınıza necə davranmaq lazım olduğunu və sevildiyini necə hiss elətdirə biləcəyinizin yollarını təqdim edirik:

Mobil telefonunuzu söndürün
Əgər işləyən bir valideynsinizsə, axşam evə gələndə, işləmirsinizsə, uşaqlarınız məktəbdən qayıdanda ən az yarım saat telefonunuzu söndürün və bütün diqqətinizi onlara yönəldin.

Şam yeməyini birlikdə yeyin
Birlik və bağlılığın ən əsas simvollarından biri şam yeməyidir. Bu vaxtları birlikdə keçirməyiniz ailənizlə xoşbəxt olduğunuzun, onları sevdiyinizin ən yaxşı sübutudur.

Yatmamışdan əvvəl vaxt ayırın
Uşaqlarınız yatmağa hazırlaşarkən onlara kitab oxumaq və ya sadəcə yanlarında olmaq belə onların xoşbəxt və rahat şəkildə yatmaqlarına, özlərini sevgi dolu hiss etməklərinə kömək olur. Həmçinin, zehni inkişafları üçün də yuxu vaxtında yanlarında olmaq faydalıdır.

Fiziki təmasda olun
istiqanlılıq və sevgi hiss etmək uşaqların inkişafı baxımından olduqca faydalıdır. Fiziki təmas uşağınızın özünə inamını artırır, tərs və antisosial olmasının qarşısını alır. Gün ərzində qucaqlamağınız, ya da öpməyiniz sevginizi hiss etdirir.

Onunla danışarkən göz təması çox önəmlidir
Uşağınızla aranızda sağlam münasibət qurmağın ən yaxşı yolu göz təmasıdır. Hamının bütün gün kompyuterə, ya da telefona baxaraq vaxtını keçirdiyi dövrdə uşağınızla danışarkən göz təması qurmaqla onunla həqiqətən maraqlandığınızı göstərmək çox əhəmiyyətlidir. O, böyüdükcə bunun əhəmiyyətini başa düşəcək və gələcək həyatında o da bunu həyata keçirəcəkdir.

Yaxşı nümunə olun
Onlara yaxşı nümunə olmağa çalışın. Uşaqlarınıza davranışlarınızla nümunə olmağa çalışmalısınız. Onlara necə davranmalı olduqlarını təkcə sözlə deyil, etdiyiniz hərəkətlərlə də öyrətməlisiniz

Danışarkən sözünü kəsməyin
Uşağınız məktəbdə yaşadıqları haqda, yaxud da oxuduğu bir kitab və ya baxdığı bir film barədə sizinlə danışdığı zaman sözünü kəsməyin və sona qədər səbrlə qulaq asmağa çalışın. Bu, onların dediklərinin qiymətli olduğunu düşünmək və özlərini önəmli hiss etməklərinə səbəb olacaqdır.

Hədiyyələrini saxlayın
Uşağınız sizə yazdığı bir qeyd, özü çəkdiyi bir şəkil və ya kiçik bir şeir hədiyyə edəndə onlara dəyər verdiyinizi göstərmək üçün mütləq bu hədiyyəni saxlayın. Bunu özəl bir yerdə saxlayın, iş yerinizə aparın və yaxud da hər hansı birini böyüdüb çərçivəyə saldırın. Bunu etməyiniz ona böyük müvəffəqiyyət hissi verəcəkdir.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!

Digər Yazılar