Aloe vera dəriyə olan faydaları ilə yanaşı, həm də sağlamlıq üçün faydalıdır. Qida ilə zəngin olan naringi suyu və aloe suyu evinizdə asanlıqla hazırlaya biləcəyiniz faydalı bir içkidir. Hər ikisi də qida maddələri baxımından olduqca zəngindir. Həmçinin Aloe vera anti-viral, anti-bakterial və anti-funqal xüsusiyyətlərə malikdir. Həmçinin həzm sistemi üçün də olduqca faydalıdır. Aloe vera həzm sistemində yaranmış yara və iltihab üçün təsirlidir. Bununla yanaşı bədəndə olan artıq çəkiləri və toksinləri atmağa kömək edir. Aloe vera eyni zamanda artrit ağrılarını da azaldır.
Aloe vitamin A, B1, B2, Maqnezium, Kalsium, Dəmir, Sink, Selen və Kaliumu özündə cəmləşdirdiyi üçün vitamin və minerallar baxımından zəngindir. Tərkibindəki amin turşuları sayəsində də bədəni təmizləməyə kömək edəcək. Həmçinin Aloe veranın tərkibində antioksidantlar və immun sistemini gücləndirən xüsusiyyətlər də var.
Aloe vera suyu içmək ürək üçün də olduqca faydalıdır. Qəbizlik üçün olduqca faydalıdır. Amma çox istifadə edildikdə qarın ağrısına səbəb ola bilər. Bu səbəbdən çox içilməməlidir.